Txal
Txal səhrası | |
---|---|
Ümumi məlumatlar | |
Uzunluğu | 305 km |
Eni | 112 km |
Yerləşməsi | |
31°22′00″ şm. e. 71°33′00″ ş. u.HGYO | |
Ölkə | Pakistan |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Txal səhrası - Pakistanın Pəncab əyalətində yerləşir. Bu geniş ərazi Celam çayı ilə Hind çayı arasında yerləşir. Onun sahəsi Potxoxar platosunda yerləşir. Onun şimaldan cənuba uzunluğu 305 km, onun ən yenli yeri 112 km, ensiz yeri isə 32 km təşkil edir. Bu vilayət Bxakkar, Xuşab, Mianvali, Cxanq, Layya və Müzəffərqar.
Coğrafi baxımından Çolistan və Tar səhrası ilə oxşarlıqları vardır.
Txal səhrası qumluqlardan ibarətdir. Burada hündür dyunlara rast gəlinir. Bu xüsisiyyətlər baxımından Mərkəzi Asiyada yerləşən qumlu səhralara bənzəyir. Burada qum tufanlarına müşahidə edilir ki, bu hadisələr səhrada temperaturu aşağı salır. Xüsusi ilə may-iyun aylarına təsadüf edir[1].
Səhra səth sularından məhrumdur. Qrunt suları 100 metr fərinlikdə yerləşir. Hind, Celam, Trimab çayı yaxınlığında filtirasiya səbəbindən qrunt suları səthə 10-20 dərinlikdə yerləşir[2].
Txal səhrası Subtropik və Tropik qurşaqlarda yerləşir. İllik radiyasiya miqdarı 200 - 220 kkal/kv. sm. təşkil edir. Yayda havanın maksimal temperaturu 40° S, qışda isə +22...28° S təşkil edir. Yayda minimal temperatur 24° S, qışda 4° S təşkil edir[2].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Txal səhrasının xüsusiyyətləri". 2014-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
- ↑ 1 2 "Tar və Txal səhralarının bitki örtüyü". 2014-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.