Vikipediya:Kənd meydanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç


Vikipediya:Hücum səhifəsi

[vikimətni redaktə et]
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salam. Bu qayda da hazırdır. Əlavə edəcəkləriniz varsa, buyurun, daha sonra rəsmi olaraq qəbulu üçün səsverməyə çıxaraq. Hörmətlə, Qədir (müzakirə) 09:30, 3 dekabr 2024 (UTC)Cavabla

@Turkmen, uyğun bilirsinizsə, bunu səsverməyə çıxarardınız zəhmət olmasa. Hörmətlə, Qədir (müzakirə) 10:56, 14 dekabr 2024 (UTC)Cavabla
Salam, mətndə problemlər var. Turkmen müzakirə 11:02, 14 dekabr 2024 (UTC)Cavabla
Nə kimi problemlər? Kiçik düzəlişlərlə həll olacaqsa özünüz əl ata bilərsiz? Oxuyub üstündən bir də keçək. Hörmətlə, Qədir (müzakirə) 11:07, 14 dekabr 2024 (UTC)Cavabla
Kiçik deyil. Elə olsa onsuz da adətən özüm həll edirəm. Turkmen müzakirə 15:28, 15 dekabr 2024 (UTC)Cavabla
Ok. Yenidən baxaram, amma mümkün qədər aydın və etinayla yazmağa çalışıram. Ciddi problem görmürəm açığı, istərdim ki, başqaları da bu barədə fikir bildirsinlər. Hörmətlə, Qədir (müzakirə) 15:31, 15 dekabr 2024 (UTC)Cavabla
✅Y Düzəlişlər etdim. Təkrar nəzər yetirərdiniz zəhmət olmasa, məqbul hesab edirsinizsə səsverməyə çıxaraq. Hörmətlə, Qədir (müzakirə) 22:42, 15 dekabr 2024 (UTC)Cavabla

✅Y Səsvermə başladılmışdır: Vikipediya:Səsvermə/Hücum səhifəsi. Hər kəsi iştiraka dəvət edirəm. Hörmətlə, Qədir (müzakirə) 22:36, 21 dekabr 2024 (UTC)Cavabla

BNS ilə bağlı

[vikimətni redaktə et]

Salam hamıya. Bir müddət əvvəl bu barədə bəzi digər istifadəçilərlə də söhbətimiz düşdü. Faktiki SNS-də qeyri-ensiklopedik olduğu sübut olunan məqalə ya da ensiklopedik olmayan məqalə nəyə görə bura çıxarılmalıdır? Həm əlavə iş yüküdür, həm də heç bir məntiqi yoxdur. Bura envikidəki kimi dil probleminə görə, texniki silmələr, tərk edilmiş qaralama və digər səhifə növündəki səhifələrin çıxarılmasını təklif edirəm, üzərində işləyən istifadəçi müraciət edəcək və inzibatçılar da məzmunu bərpa edəcək. Dediyim kimi, səhifə bu məqsədə xidmət edəcək. Yoxsa burda belə silinir, orada dəfələrlə başlıq açılır bərpası üçün, özü də əksər hallarda düzəlişlər də edilmir və sadəcə xahişlər əlavə olunur. SNS-də vəziyyətinə görə silinən ensiklopedik məqalələr də eləcə, istifadəçi müraciət edəcək və qaralamada işləyəcək, daha sonra da uyğundursa yayımlanacaq. Fikirləriniz? Hörmətlə, Qədir (müzakirə) 11:06, 14 dekabr 2024 (UTC)Cavabla

Salam. Qeyri-ensiklopedik olmayan məqalə birdən dönüb ensiklopedik ola bilir. Məsələn, hansısa şəxsdir, qeyri-ensiklopedik hesab olunub və haqqındakı məqalə azvikidən silinib. 6 ay sonra nəsə mükafat, fəxri ad və s. alıb - ensiklopediklik şərtlərini ödəyib, ona görə də məqaləsi BNS ola bilər.--Sortilegus (müzakirə) 20:02, 14 dekabr 2024 (UTC)Cavabla
Elə onu deyirəm də. Bu halda istifadəçilər qaralama versiyasını tələb edərlər (birbaşa da yarada bilərlər) və üzərində işləyib yayımlayarlar, elə inzibatçılar da birbaşa edə bilərlər. Day bu qədər dəm-dəsgaha nə ehtiyac var? Hansı ki, proses həddən çox çəkir (SNS-də sadə şəkildə silinmiş olsa belə). BNS heç yerə getmir. Hörmətlə, Qədir (müzakirə) 20:58, 14 dekabr 2024 (UTC)Cavabla

Yeni il loqosu

[vikimətni redaktə et]

Salam hərkəsə. Adətən loqo dəyişikliyini "Yeni il"ə 1-2 gün qalmış, tələsərək müzakirə edirik. Düşündüm ki, indidən rahat müzakirə edək, əgər uyğun görürüksə dəyişdirək (həmişəki kimi, 3 günlük, 31 dekabr - 3 yanvar). Mən + dəstəkləyirəm, onsuz da il boyu Vikipediyada dəyişən birşey olmur, arada belə dəyişikliklər oxucular üçün yaxşıdır. Turkmen müzakirə 07:11, 20 dekabr 2024 (UTC)Cavabla

Qlobal inzibatçılar Azərbaycanca Vikipediyaya müdaxilə edə bilməsinlər

[vikimətni redaktə et]
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salam. Təklif edirəm ki, qlobal inzibatçılardan bu hüququ alaq. Qlobal inzibatçılar adətən kiçik vikilərdə nəzarət məqsədli fəaliyyət göstərirlər. Azərbaycanca Vikipediya kiçik viki deyil və təklif qəbul olunarsa, azviki kiçik viki olaraq qəbul edilmir və qlobal inzibatçıların layihə üzərində fəaliyyətləri məhdudlaşdırılır. Bizdə aktivlik zəif də olsa, fəaliyyət həmin vikilər qədər "ölü" deyil və həmin inzibatçılar buradakı proseslərə hakim deyillər. Lütfən, aşağıda fikirlərinizi qeyd edin, daha sonra müraciət edək.


  • − Əleyhinə: azərbaycanlı vikipediyaçılara əmin-amanlıqla güvənmək mümkün deyil, onlar ya öz xoşlarıyla, ya da təhdidlərlə nəsə mənfi addım ata bilərlər. Qlobal inzibatçıları məhdudlaşdırmaq optimal variant deyil. --► Hörmətlə: SolaVirum 02:37, 21 dekabr 2024 (UTC)Cavabla
    Qlobal inzibatçılar o vikiyə lazımdır ki, orada lokal inzibatçı azdır, ya da ki heç yoxdur. Azvikidə belə bir problem yoxdur, yəni nəzarət problemi yoxdur. Lokal olaraq atılmayan hansısa addımları onlar atacaq deyil. Qlobal inzibatçılar nə edəcək? Burada məğz tamam başqadır. Azviki kiçik viki deyil. Hörmətlə, Qədir (müzakirə) 02:49, 21 dekabr 2024 (UTC)Cavabla
Qlobal adminlərin yanlış redaktələrinə dair nümunələr var? Unkillable Demon King 09:15, 21 dekabr 2024 (UTC)Cavabla
  • Şərh Şərh: Bizdə qlobal inzibatçıların müdaxiləsi ilə əlaqədər problemimiz olmuşdu, heç? Bu cür nümunələr mənim də yadımda deyil. --Мурад 97 (müzakirə) 10:02, 21 dekabr 2024 (UTC)Cavabla
    @White Demon, @Мурад 97, @Bikar, problemə görə yox, sadəcə onların müdaxiləsi bizə lazım deyil, biz kiçik viki deyilik, hesab edirəm ki, həmin müdaxilələr belə bir kiçik olmayan, mütəmadi öz inzibatçıları iş görən viki üçün uyğun deyil. Hörmətlə, Qədir (müzakirə) 13:34, 21 dekabr 2024 (UTC)Cavabla
    Biz kiçik vikiyik. Keçən dəfə nə qədər məqalədə söyüş aşkarlamışdım, 4-5 gün idi ki, orada dururdular, qaytaran yox idi. Bilirsinizmi bölməsinə fakt təqdim edən yoxdu, SNS-də, Məqalə namizədlərində passivlikdir. Qayda səsverməsi keçirirsən, az adam iştirak edir, gərək hamını tag edəsən. Daimi məqalə yaradanlarımızın sayı barmaqla sayacaq qədərdir. Biz ölü viki deyilik, amma böyük də deyilik. Unkillable Demon King 15:00, 21 dekabr 2024 (UTC)Cavabla
  • − Əleyhinə: Lazım olanda gəlib vandalları bloklayırlar, nə ehtiyac var əllərindən almağa? Nemoralis (müzakirə) 13:57, 21 dekabr 2024 (UTC)Cavabla
    Vandalizmin qarşısı demək olar ki o dəqiqə alınır. Sizcə, kənar müdaxiləyə həqiqətən ehtiyac var? Bu arada, bu o deməkdir ki, onlara hər bir hüququ vermiş oluruq. Yaxşı, mən belə görürəm, əsasən bu təklifə qarşısınız. Hörmətlə, Qədir (müzakirə) 14:00, 21 dekabr 2024 (UTC)Cavabla
    Pis edirlər gəlib bloklayanda? Kənar müdaxilə nədir? Hansısa təcrübəli istifadəçini bloklamırlar ki, vandalı bloklayırlar, əsasən də geri qaytarma edirlər. Prinsip aparmaq lazım deyil. Nemoralis (müzakirə) 14:02, 21 dekabr 2024 (UTC)Cavabla
    İnzibati əməliyyatlardan danışıram, biz kiçik viki deyilik axı. Heç trvikiyə də müdaxilə edənmirlər. Azvikini kiçik vikilər siyahısından çıxarmaq lazımdır. Hörmətlə, Qədir (müzakirə) 14:05, 21 dekabr 2024 (UTC)Cavabla
    "çıxarmaq lazımdır", niyə? Bunun səbəbini deyə bilmirsiz. Kiçik viki olmamağımız səbəb deyil. Ortada sui-istifadə halı yoxdur ki, ləğv edək. Dediyiniz siyahının adı "kiçik vikilər" yox "qlobal inzibatçılardan imtina etmiş vikilər gedir": meta:Special:WikiSets/7. Etdikləri tək şey bəzən vandalları bloklamaqdır, onu da prinsipə düşüb deyirsiz ki, xeyr ola onlar bizdə kimisə bloklayır? Nemoralis (müzakirə) 14:09, 21 dekabr 2024 (UTC)Cavabla
    Hələ-hələ bizdə aylıq əməliyyat sayı 10-u belə keçməyən, hətta heç aktiv olmayan inzibatçılar olduğunu nəzərə alsaq, heç lazım deyil. Onsuz bizdə istifadəçi bloklayan lokal inzibatçı sayı barmaqla sayılacaq qədərdir. Nemoralis (müzakirə) 14:16, 21 dekabr 2024 (UTC)Cavabla
  • − Əleyhinə: Buranın inzibatçılarına güvənmirəm. İstifadəçiləri tapıb dənləmək istəyənlərə (üslub problemi), pulla məqalə yaradanlar, kin saxlayıb blok alətindən oyuncaq kimi istifadə edənlərə etibar etmək nonsensdir —gabbani mesaj 15:49, 21 dekabr 2024 (UTC)Cavabla
    Qlobal adminlər bunun qarşısını alırlar ki məgər? Unkillable Demon King 16:47, 21 dekabr 2024 (UTC)Cavabla
    Birinci dediyiniz sözü mən demişəm. Mən və bir qrup Vikipediyaçı hədəf göstərilən vaxt səsini çıxartmayanlar zəhmət olmasa burda hansısa etibardan danışmasın. Belə etibar gözləyirdiz o vaxtı səsinizi çıxardardız. Dediyim sözlərin hələ də arxasındayam. Qaldı ki, qlobal adminlərə. Onların lokal müzakirələrə müdaxilə etmək hüququ yoxdur, lokal inzibatçılar qədər səlahiyyətləri yoxdur. Nemoralis (müzakirə) 21:08, 21 dekabr 2024 (UTC)Cavabla
    @Gabbani, qlobal inzibatçılar heç bilirsiniz nə üçündür? Onlar vandalizmlə mübarizə aparırlar, nisbətən aktivlik az olan və lokal inzibatçı olmayan vikilərdə. Hörmətlə, Qədir (müzakirə) 21:28, 21 dekabr 2024 (UTC)Cavabla
    @White Demon, @Nemoralis, @Gadir, bu istifadəçi vaxtilə "məlum şəxsin" verdiyi komandalar əsasında hərəkət edirdi. Hansı ki, indi həmin adam müddətsiz blokdadır. Yəni ki, problemi, dərdi başqadır. Öz fikri olmayan şəxslər elə bizə güvənməsə yaxşıdır.)) Turkmen müzakirə 06:15, 22 dekabr 2024 (UTC)Cavabla
    Təəccüblənmədim. Ayrı vaxtı qruplaşma-qruplaşma deyənlərin necə olursa buna heç səsi çıxmır heç. :) Nemoralis (müzakirə) 18:12, 22 dekabr 2024 (UTC)Cavabla
  • − Əleyhinə: fəaliyyətlərində ciddi zərərverici heç bir şeyə rast gəlməmişəm. --Tarixi Nadir (müzakirə) 08:31, 22 dekabr 2024 (UTC)Cavabla
  • − Əleyhinə: Qlobal inzibatçıların fəaliyyəti ilə bağlı mənfi presedent olmadığını, və AzVikidəki bir sıra problemin olduğunu (fəaliyyət azlığı, vandallıq, bu bölmədə bəziləri tərəfindən ifadə olunan güvən azlığı) nəzrə alaraq belə səs verirəm. --Мурад 97 (müzakirə) 08:16, 23 dekabr 2024 (UTC)Cavabla
  • Qlobal inzibatçıların fəaliyyətində hansı mənfi hallar olub? Eminn (müzakirə) 10:41, 23 dekabr 2024 (UTC)Cavabla

Yox Yerinə yetirilmədi: Vaxtından əvvəl yekumlaşdırılır, görünür heç kim razı deyil. Hörmətlə, Qədir (müzakirə) 14:14, 23 dekabr 2024 (UTC)Cavabla

✅ Bu başlıqdakı mövzu həll olunub və bu başlıq artıq arxivləşdirilə bilər. Əgər razı deyilsinizsə, bu şablonu şərhinizlə əvəz edin. Hörmətlə, Qədir (müzakirə) 14:14, 23 dekabr 2024 (UTC)Cavabla