Böyük və Kiçik Porsuq
Böyük və Kiçik Porsuq | |
---|---|
Yerləşməsi | |
47°46′59″ şm. e. 59°42′42″ ş. u.HGYO | |
Ölkə | Qazaxıstan |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Porsuq (qaz. Үлкен Борсық (Ülken Borsıq)) və Kiçik Porsuq (qaz. Кіші Борсық (Kişi Borsıq)) [1] — Mərkəzi Asiyada, Aral dənizindən şimalda, böyük qismi Qazaxıstanın Aqtöbe vilayəti ərazisində yerləşən səhra. Şimaldan cənubda iki uzun zolaq şəkildə uzanır. Birinin uzunluğu 200 km (Böyük Porsuq), digərinin isə 100 km (Kiçik Porsuq) təşkil edir.
Səhranın böyük qismi qumlardan ibarətdir. Ancaq Böyük Porsuq səhrasının şimalı allyuvial çöküntülərlə zəngindir. Səhrada güclü küləklərin təsiri ilə barxanlar yaranır. Burada kserofit kollardan ayrıqotu, yovşan kimi bitkilərə rast gəlinir. Üstəlik burada cuzqun, qum akasiyası, gəvən, çingil, tozağacı, iydə və əsməqovaq kimi bitkilər bitir. Ağaclar bəzən 0,5 ha sahəyə malik meşələr təşkil edir.
Ərazi heyvandarlıqda istifadə edilir. Qrunt suları səthə olduqca yaxın yerləşir. Böyük Porsuq səhrasında Şalkar şəhəri yerləşir.
İqlimi kəskin kontinentaldır. Şaxtalı qışa və isti, quru yaya malikdir. Orta illik yağıntının miqdarı 150–200 m yəşkil edir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Қазақстан»: Ұлттық энцклопедия / Бас редактор Ә. Нысанбаев – Алматы «Қазақ энциклопедиясы» Бас редакциясы, 1998 ISBN 5-89800-123-9, IX том