Niflheym
Nilfeym (q.skan. Niflheim) və ya Nilfheymr (q.skan. Niflheimr; hər ikisi bukv. Duman evi) — german-skandinav mifologiyasında kainatın doqquz dünyasından biri, buz və duman aləmi, buz divlərinin yaşdığı yer. Bu yer bəzən Nifhel və Helheym anlayışları ilə üst-üstə düşür.[1] Nilfheymr adı sadəcə iki mənbədə qeyd olunur. Onlar: "Uzaqgörən Qülvi" və "Odinin alaqarğa qaldrı" əsərləridir.
Niflheym əsasən kortəbii buz və şaxta diyarıdır.[2][3] Bu diyarda Elivaqarın donmuş çayları və bütün çayların mənbəyi olan Hvergelmir quyusu yerləşir. "Uzaqgörən Qülvi" əsərinə görə, Niflheym Ginnunqaqapdan törəmiş iki qədim diyardan ikincisidir. Onlarından digəri alov diyarı olan Muspelheymdir. Muspelheym həmçinin, Niflheymin əksidir.[4] Bu iki alov və buz diyarı arasında yaranmışdır. Niflheymin suları Muspelheymin istiliyi ilə toqquşan zaman "yaradıcı buxar" əmələ gəlmişdir. Bundan sonra bu diyar Lokinin qızı Helin yurdu, eləcə də ondan asılı olanlar, yəni qəhrəmancasına ölməmiş insanlar üçün axirət olaraq tanınmağa başlamışdır.
Etimologiya
[redaktə | vikimətni redaktə et]"Nifl" (azərb. Duman) sözü qədim ingilis dilindəki "Nifol" (azərb. Qaranlıq), qədim yuxarı alman dilindəki "Nebul" (azərb. Duman) və qədim yunan dilindəki "Νεφέλη" (azərb. Bulud) sözü ilə eyni mənşəyə malikdir.
Populyar mədəniyyətdə
[redaktə | vikimətni redaktə et]Niflheym müasir populyar mədəniyyətdə olduqca populyar bir termindir.
İsveçdə "Nifelheim" adlı bir metal musiqi qrupu mövcuddur.[5] 2004-cü ildə Kanadada "Niflheim" musiqi qrupu qurulmuşdur, hansı ki, 2006-cı ildə adını "Gris" olaraq dəyişdirmişdir.[6]
ABŞ yazıçısı Liza Ceyn Smitin "Qadağan olunmuş oyun" trilogiyasında adı çəkilən "Alatoranlıq dünyası" əslində Niflheym olduğu anlaşılır.
"Marvel Comics" kainatının "Tor" seriyasında Niflheym kainatın doqquz dünyasından biridir və "Tor 2: Qaranlıq krallıq" filmində onu görmək mümkündür.
"Ragnarok Online" kütləvi çoxnəfərli onlayn rol oyununda "Niflheim" adlı bir məkan mövcuddur.[7]
"Tomb Raider: Underworld" videooyununda Niflheymdən bəhs olunmuşdur.[8]
Niflheym 2018-ci ildə satışa çıxarılmış "God of War" oyunundakı məkanlardan biridir.[9]
"Final Fantasy XV" videooyununda Niflheym texnoloji baxımdan inkişaf etmiş bir imperiyanın adıdır.[10][11]
"Mahouka Koukou no Rettousei" manqasında Niflheymdən bəhs edilmişdir.
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Simek, 2007. səh. 301
- ↑ Qrant, 2002. səh. 35
- ↑ San Xose Beltran, 2015. səh. 305
- ↑ Tetsner, Reyner. Germanische Götter- und Heldensagen (alman). Reclam Verlag. 1997.
- ↑ "Nifelheim". metal-archives.com (ingilis). Encyclopaedia Metallum. May 23, 2017. September 15, 2017 tarixində arxivləşdirilib.
- ↑ "Gris". metal-archives.com (ingilis). Encyclopaedia Metallum. May 23, 2017. December 11, 2017 tarixində arxivləşdirilib.
- ↑ Gravity. Ragnarok Online (ingilis). Microsoft Windows. Gravity. August 31, 2002. Səviyyə/ərazi: Niflheim Field.
- ↑ Crystal Dynamics. Tomb Raider: Underworld (ingilis). OS X, Microsoft Windows, N-Gage 2.0, Nintendo DS, PlayStation 3, PlayStation 2, Wii, Xbox 360. Eidos Interactive. November 18, 2008. Səviyyə/ərazi: Niflheim.
- ↑ SIE Santa Monica Studio. God of War (ingilis). PlayStation 4. Sony Interactive Entertainment. April 20, 2018. Səviyyə/ərazi: Niflheim.
- ↑ Square Enix Business Division 2. Final Fantasy XV (ingilis). PlayStation 4, Xbox One, Microsoft Windows, Google Stadia. Square Enix. November 29, 2016.
- ↑ "Final Fantasy XV Scenario Ultimania Translation Project — History of Eos". medium.com (ingilis). Medium. February 23, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 29, 2019.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Simek, Rudolf. Dictionary of Northern Mythology (ingilis). D.S. Brewer. 2007. ISBN 0-85991-513-1.
- Qrant, Con. An Introduction to Viking Mythology. Chartwell Books. 2002. ISBN 0785816100, 978-1861605696.
- San Xose Beltran, Laya. Quienes fueron realmente los vikingos (ispan). Quarentena. 2015. ISBN 978-84-16229-16-1.
- Petruxin, V. Y. Мифы древней Скандинавии (rus). Moskva: AST. 2002. səh. 464. ISBN 5-17-008799-3, 5-271-02563-2.
- Скандинавская мифология: Энциклопедия (rus). Moskva: Eksmo. 2004. səh. 592. ISBN 5-699-05245-3.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Gylfaginning — "asatru.es" saytında. (isp.)