macOS
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
MacOS | |
---|---|
Yaradıcı | |
İstehsalçı | Apple |
Yazılma dili | C++[1], Objective-C, Swift, C[2] |
Bazası | FreeBSD |
Buraxılış tarixi | 24 mart 2001 |
Son versiya |
|
Dəstəklənən dillər | alman dili, ingilis dili, ərəb dili, ispan dili, katalan dili, koreya dili, xorvat dili, Dan dili, Slovak dili, fin dili, fransız dili, yunan dili, ivrit dili, Macar dili, İndoneziya dili, italyan dili, yapon dili, niderland dili, braziliya portuqal dili, portuqal dili, Rumın dili, rus dili, çex dili, türk dili, ukrayn dili, Vyetnam dili, sadələşdirilmiş Çin dili[d], ənənəvi Çin dili[d], Norveç dili |
Dəstəklənən platformalar | x86_64[d] |
Veb-saytı | apple.com/macos |
Vikianbarda əlaqəli mediafayllar |
macOS — (əvvəllər OS X, ilk dəfə Mac OS X) Apple tərəfindən Mac kompüterləri üçün yaradılmış əməliyyat sistemidir. Adını Macintosh alma növündən alır. System adlandırılan ilk versiyası 1984-cü ildə, macOS 10 versiyası isə 2001-ci ildə meydana çıxıb. İlk qrafik interfeysə malik olan sistemdir. Zamanın ən qabaqcıl sistemidir. 2002-ci ildən satışa çıxarılan versiyalar Unix üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu versiyalar üçün demək olar ki, virus yoxdur. Son versiyası macOS Mojave adı altında satılır. Yeni funksiyalarla genişləndirilən macOS Mojave Azərbaycanda da satış və istismardadır.
Mac-ın istehsalına 1984-cü ildə başlanılmışdır. Apple şirkəti siçan və qrafik interfeysdən ilk dəfə istifadə edən şirkətlərdəndir. Mac-dan əvvəl Apple şirkətinin Lisa, Apple II, Apple III kimi sistemləri olsa da, 1986-cı ildə onların fəaliyyəti dayandırılmışdır və bütün məhsullar Mac adı altında toplanmışdır. Mac-in PowerPC arxitekturasını istifadə etdiyi 1994–2005-ci illəri arası onu x86 sinifli kompüterlərdən ayıran ən məşhur xüsusiyyəti RİSC (Reduced İnstruction Set Computer) olmuşdur.
Mac seriyalı kompüterlər Apple şirkətinin öz məhsulu olan macOS əməliyyat sistemindən istifadə edirlər. macOS əməliyyat sistemi öz aralarında macOS və macOS Server deyə iki qrupa ayrılırlar. İki əməliyyat sistemi də bir-birindən fərqlənir. Onu da qeyd edək ki, 2015-ci ilin avqust ayında macOS əməliyyat sisteminin olan El Capitano versiyası satışa təqdim edilmişdir. Bununla da Apple şirkətinin istehsalı olan kompüterlərdə sürət və performans dəfələrlə artmışdır. Apple şirkətinin istehsalı olan personal kompüterlərə Microsoft və Intel şirkətinin istehsalı olan avadanlıqlar və ya proqram sistemləri yükləmək mümkündür. Bu proqramları sistemə inteqrasiya edilmiş Boot Camp proqramıyla həyata keçirmək mümkündür.
macOS-un son versiyalarının təməli, Darwin adlandırılan azad proqram təminatıdır. Darwin, özündə Mach texnoloqiyası və BSD standart servislərinin istifadəsi ilə hazırlanan XNU nüvəsini gəmləşib. Bu texnologiyanın əsas üstünlüyü odur ki, onun təməli, bizim hamımızın tanıdığı UNIX-ə əsaslanıb, hansı ki yeni macOS-a yüksək stabillik, çoxfunksionallıq, işləmə sürəti və təhlükəsizliyi təmin edir.
macOS əməliyyat sisteminin ilk bir neçə versiyası pişikkimilər fəsiləsindən olan müxtəlif növ heyvanlarla adlandırıblar. 10.0-cu versiyadan başlayaraq, 10.8 versiyaya kimi əməliyyat sistemlərin adları bunlardır: Cheetah, Puma, Jaguar, Panther, Tiger, Leopard, Snow Leopard, Lion, Mountain Lion. 10.9 versiyanın adı Kaliforniyanın məşhur çimərlik adını daşıyır – Mavericks. Hər versiyada özünəməxsus yaxşılaşma və təkmilləşmə var. Lakin onların hamısına aid olan ümumi yaxşılaşma var, hansı ki, 10-cu versiyanı əvvəlkilərə tamamilə bənzəməyən edir. Bu ona gəlib çıxartdı ki, macOS-un qabaqki versiyalar üçün yazılmış proqramlar 10-cu versiyada işləmir. Əvvəllər, macOS-un əvvəlki versiyaları üçün yazılmış proqramların işləməsi virtual emulyasiya vasitəsilə həyata keçirilirdi, lakin sonralar ondan tamamilə imtina etdilər.
macOS-un qrafik vizulasiyanın üstünlüyü, onun Aqua adlanan yeni istifadəçi interfeysindədir. Aqua qrafik interfeysi su mühiti, şəffaflıq hissi, dərinlik və hərəkət illüziyası yaradır. O, demək olar ki, bütün macOS versiyalarında dəyişməz qalır, lakin bütün bunlar öz aktuallığını və təravətini itirmir. Aqua təkcə gözəllik üçün yox, həm də istifadəçilərin komfort və rahatlığı üçün yaradılıb. Yeniliklərdən biri də, aktiv proqramların pəncərələrini ayrı seksiyalara toplamaq, hansıları ki, istədiyiniz zaman görmə zonasından gizlədə bilərsiz, onların iş stolunun faydalı boş yerini tutmağına imkan verməyərək.
macOS-un yeni versiyasında yaddaşın müdafiəsi, hansının köməyi ilə bir proqramın nasaz olduğunda, bütün sistemin çökməməsinə imkan verir, həmçinin çoxtapşırıqlılıq və simmetrik çoxprosessorluluq kimi funksiyalar reallaşmışdır. macOS-da həm də dinamik yaddaş paylanması reallaşıb, hansı ki, proqramların işləmə prosesində, bilavasitə yaddaşı boşaltmaq imkanı verir. Buda "out of memory" ismarıcının çıxmasını istisna edir və ayrıca qötürülmüş proqram üçün mövcud olan yaddaş miqdarının korreksiyasını tələb etmir.
macOS-un ilk növbədə istifadəçinin rahatlığı üçün yaradılmasının əlavə təsdiqi, onun avtomatik şəbəkə ilə inteqrasiya olunmasıdır. Bu funksiyanın istifadəsi, internet şəbəkəyə istifadəçi tərəfindən heç bir əlavə düzəliş etmədən, istənilən əlverişli üsulla qoşulmağa imkan verir. Yeni enerji qorunma texnologiyası, kompüteri yuxu rejimindən dərhal çıxmasına imkan yaradır. macOS-da məlumatlara çoxistifadəçili daxil olma mümkünlüyü reallaşıb, daxil olma hüququna hədd qoyulub, istifadəçilərin məlumat təhlükəsizliyinin dərəcəsi artırılıb, sistem administrasiyası daha asan olub, şrift və şrift komplektinin idarə etmə interfeysi daha rahat və çevik olub, bundan başqa macOS indi TrueType, Type1 və OpenType kimi şrift formatlarını birbaşa dəstəkləyir. macOS sistemində indi Epson, HP və Canon kimi firmaların istehsal etdiyi printerlərin daxili dəstəyi var.
macOS-da iki ölçülü vizualizasiya və sənəd çapı Quartz texnologiyası vasitəsilə təşkil edilib, hansı ki, artıq standarta çevrilmiş PDF qrafik formatını istifadə edir. Video və audio məlumatlarla işləməsi üçün macOS-da patentləşmiş QuickTime texnologiyasından istifadə olunur, oyunların 3D qrafikası isə OpenGL texnologiyası ilə reallaşıb.
macOS 1984-cü ildə, Apple şirkətinin istehsalı olan ilk personal kompüter Mac-ın çıxışı ilə dünyaya gəldi. Müəlliflər sistemin ilk versiyasında həyata keçirilən ideyaları, Xorex şirkətindən götürmüşdülər. O vaxt Xerox PARC-nın tədqiqat mərkəzində, artıq qrafik əməliyyat sistemi olan kompüter mövcud idi, hansı ki, o vaxt üçün əməliyyat sistemlərinin inkişafında əsl sıçrayış idi. Lakin onlar bunu yalnız öz xüsusi ehtiyacları üçün istifadə edirdilər və kommersiya tətbiq edilməsi üçün heç nə planlaşdırmırdılar.
Apple proqramçıları, artıq mövcud olan, inkişaf etmiş xüsusi ideyalarını birləşdirərək, hər kəsə əlçatan, ilk qrafik əməliyyat sistemini, macOS-u yaratdılar. Onun içində hələ o vaxt artıq bizə adi görünən pəncərə interfeysi və qovluqlar faylla istifadə edilmişdi və ilk dəfə manipulyator tətbiq edilmişdi, hansı ki, sonralar kompüter siçanı adlandırılmışdı. Belə konsepsiya Apple şirkətinin əsas ideyası ilə tamamilə uyğun gəlirdi, hansı ki, həm texniki göstəricilərdə, həm də qiymətdə əlverişli olan bir kompüter yaradmasını təklif edirdi.
Hələ o zamanlar, macOS müəllifləri özlərinin qarşısına məqsəd qoydular ki, elə bir əməliyyat sistemi yaratsınlar ki, hər kəsə əlverişli və intuitiv aydın olsun, hətta əvvəlcə kompüterdən istifadə etməyənə də. Bu vaxta kimi kompüter proqramları və prosesləri komanda lövhəsi ilə idarə olunurdu, ona görə də qovluq, səbət, kompüter və başqa elementləri göstərən nişanların çıxması, o vaxt üçün əsl sensasiya idi. Bu nişanları müəlliflər ikonlar adlandırmağa başladılar. macOS yaradıcıları gələcəkdə bütün əməliyyat sistemlərinin inkişaf təməlinini müəyyən etdilər. Bir çox layihələr, hansıları ki, onlar uzaq 1984-cü ildə icad etmişdirlər, indiki günlərdə bir çox proqram təminatı istehsalçıları üçün etalona çevrilib.
macOS-un ilk versiyası cəmi 216 kb yer tuturdu və hətta bir kompüterdən başqa kompüterə sistemin sürətini çıxarma vasitəsilə də işləyə bilərdi. Lakin belə məhsul saxtakarlığa qarşı tamamilə müdafiəsiz idi, buna görə də, öz gəlirlərini qoruyub saxlamaq üçün istehsalçılar öz gələcək vaxtlarını, təkcə sistemin texniki təkmilləşməsinə, funksionallığın genişlənməsinə və stabilliyə yox, həm də təhlükəsizliyə həsr etdilər. macOS-un ilk versiyasının çıxmasından sonra onun hələ doqquz modifikasiyası çıxmışdır, hansılarda ki, aşağıdakı yaxşılaşdırılma aparılmışdı:
- Multifaynderin istifadəsi, hansıki bir neçə proqramın bir vaxtda çalışmasına imkan verir
- Multimedia funksiyaların və internetdə işləmə qabiliyyətinin təkmilləşməsi
- Ağ-qara ikonları rəngli ilə əvəz edilməsi, bir müddət sonra yeni "platin" interfeysin peyda olması və mövzu dəyişmə imkanı
- HFS+ yeni fayl sisteminin yaranması
- Quraşdırıcı funksiyaların yaxşılaşdırılması
- Lokal disklər və internet şəbəkədə faylların axtarışı üçün nəzərdə tutulmuş "Sherlock" proqramının meydana çıxması.
- Çoxistifadəçili rejimin yaranması və daxil olma hüquqlarına hədd qoyma.
macOS əməliyyat sisteminin imkanlarını mükəmməlləşdirilməsi və stabilliyi təmin edilməsi üzərində gedən işin zirvəsi, onun 9-cu versiyasında oldu, hansına ki, indi də müəyyən Mac kompüterlərində rast qəlmək olar. Onu macOS-un klassikası adlandırırlar. Mac populyarlıq qazandı, macOS isə şirkətə böyük kommersiya uğuru gətirdi. Amma vaxt gedirdi və Apple şirkətinin rəhbərliyi, qlobal problemlərin həlli ilə bağlı qərar qəbul etdi.
2000-ci ilin mart ayında, sistemin tamamilə yeni versiyası işıq üzü gördü. macOS 10, hansı ki, macOS 9 üçün nəzərdə tutulan proqram təminatını dəstəkləmirdi. Onu yaratmaq üçün, ilkin proqram kodunu tamamilə təzədən yazdılar, təməl üçün isə NeXTSTEP əməliyyat sistemini götürdülər, hansını ki, işləyib hazırlayan nə vaxtsa Apple şirkətinin yaradıcılarından biri olub. NEXT şirkətinin istehsalatı, Apple şirkəti tərəfindən alınması sayəsində, Stiv Cobs yenidən şirkətin rəhbəri vəzifəsinə qalxır.
Hazırda macOS-da Mach nüvəsi, BSD standart servislər və Unix əməliyyat sisteminin bütün əsas imkanları istifadə olunur. Bu, onun funksionallığını, təhlükəsizliyini və stabilliyini bir neçə dəfə artırmaq üçün fürsət yaratdı. macOS-da istifadə olunan çoxtapşırıqlılıq, bir neçə prosesin bir-birinə mane olmadan, hər ikisinin dərhal çalışmasına, bir prosesin nasaz olduğunda o biri proseslərin və bütün sistemin nasaz olmasına yol verilməməsinə imkan verir.
Hal-hazırda macOS öz gözəl, həddindən artıq xüsusi effektlərlə yüklənməmiş və gözə xoş görünən Aqua interfeysinə malikdir. O, istifadədə çox asan və dostcasına mehribandır. Sistemin özündə Carbon API, Cocoa API və Java API kimi komponentləri cəmləşdirən, Core Foundation proqramlaşdırma mühiti istifadə olunur. Qrafik mühiti, QuickTime, Quartz Extreme və OpenGL kimi texnologiya istifadəsi ilə təqdim edilib. Həmçinin macOS C, C++, Objective-C, Ruby və Java kimi proqramlaşdırma dilində yazılan proqram təminatını istifadə etməyi imkan verir. macOS əməliyyat sisteminin üstünlüyü, onun internetdə olarkən təhlükəsizliyi təmin etməsidir. O, internet hücumlardan yaxşı qorunub və ona zərər törədə bilən virus demək olar yoxdur.
Əgər macOS-un bütün üstünlüklərini nəzərə alsaq, onda dərhal sual yaranır: onda niyə indiyədək o, belə geniş yayılmayıb, nəinki onun əsas rəqibi, hamının tanıdığı Windows? Cavabı çox sadədir: macOS ancaq Apple şirkətinin Mac kompüterlərinə quraşdırılır. Bu, o demək deyil ki, o başqa istehsalçıların kompüterləri ilə uyğunsuzluğu var və quraşdırıla bilməz. Sistemi əlbəttə ki, quraşdırmaq mümkündür, lakin hal-hazırda qanunsuzdur. Mac kompüterləri kiçik model sırasına malikdirlər və cürbəcürlüklə seçilmirlər, eləcə də onlar adi personal kompüterlərdən adətən baha olurlar, elə ona görə də Mac istifadəçilərin sayı dünyada Windows istifadəçiləri ilə müqayisədə daha azdır.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.