Yelisey
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu böyük peyğəmbərin adı Quranda iki dəfə gəlib, bir dəfə "Ə`nam" surəsinin 86-cı ayəsində, bir dəfə isə "Sad" surəsinin 48-ci ayəsində. Qabaqda qeyd olunduğu kimi, bütün müfəssirlər və tarixçilər onu İlyasın şagirdi və canişini bilirlər. Tövratda ibri olduğuna görə onun adı Yəşədir. Amma ərəb dilində ona Yəsə deyirlər.
Müfəssirlərin nəzərinə görə, o Uxtubun oğludur. "Qamusi-müqəddəs"də isə onu Şafatın oğlu bilirlər və Abil Mühəvvələdə sakin oldu. Nuhu təsdiqləyirlər.
"E`lami-Qur`anda" "Kitabe-padşahan" kitabının on doqquzuncu fəslində nəql olunur: İlya (deyəsən həmin İlyas) öz səfərində Yəsə ilə rastlaşır. Yəsə yer şumlayırdı. İlya Yəsəyə dedi ki, gəl mənimlə gedək. Yəsə ata-anasından icazə alıb İlyanın səhabələrinin dəstəsinə daxil oldu. Tövrata əsasən İlya onu xilafətə seçdi və İlya alovlu araba ilə ərşə çəkiləndə Yəsə də onunla idi. Həmçinin nəql olunur ki, İlyas binəva bir qadının evində qalırdı. Bu qadının əri -Uxtub dünyadan getmişdi. Bu zaman Uxtubun oğlu Yəsə ağır xəstələndi. İlyas ona şəfa verdi və özüylə apardı. Yəsə İlyasdan sonra peyğəmbər oldu. Bəni-İsrail onun dəvətini qəbul edəndə Allahdan istədi ki, İlyasa qovuşsun.
İmam Rza müxtəlif dinlərin rəhbərləri ilə mübahisə edərkən Casəliqə buyurdu: -"Yəsə də İsa görən işləri gördü. Suyun üzərində yol getdi, ölüləri diriltdi, kor və dəri xəstəliklərinə düçar olanlara şəfa verdi. Onun ümməti isə onu Allahın peyğəmbəri bilmədilər."