Vaaqn Dadryan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vaaqn Dadryan
Doğum tarixi 26 may 1926(1926-05-26)[1]
Doğum yeri
Vəfat tarixi 2 avqust 2019(2019-08-02)[1] (93 yaşında)
Elm sahələri tarix, sosiologiya
İş yerləri
Təhsili
Mükafatları Movses Xorenli medalı (Ermənistan)
İmza

Vaaqn Norayr Dadryan (erm. Վահագն Տատրեան, ing. Vahakn Norair Dadrian; 26 may 1926[1], İstanbul2 avqust 2019[1]) — erməni əsilli ABŞ sosiologiya professoru. O, Erməni soyqırımı məsələsi üzrə ekspertdir.[2]

Vaaqn Norayr Dadryan Erməni soyqırımı məsələsi üzrə ekspertdir. Onun əsərləri bir çox dillərə tərcümə olunmuşdur. Tomas de Vaal Dadryanın tədqiqatının siyasi gündəmdən irəli gəldiyini bildirir və qeyd edir ki, Dadryan 1964-cü ildə "The New York Times" qəzetinə yazdığı məktubda soruşur: "Ermənilərin Türkiyənin öz sakinlərini qırğından sonra mənimsədiyi öz ata-baba torpaqlarını geri almaq hüququ hansı əsaslarla rədd edilə bilər?"[3] 1970-ci illərdə o, soyqırımın müqayisəli tədqiqatının yaradılmasında iştirak etmişdir.[4]

Vaaqn Dadryan 2 avqust 2019-cu ildə, 93 yaşında vəfat etmişdir.[5] Onun ölümündən sonra Ermənistan Prezidenti Armen Sarkisyan Dadryanın ailəsinə və yaxınlarına başsağlığı məktubu göndərmişdir.[6]

Dadryan 1991-ci ildə cinsi qısnama iddiaları ilə əlaqədar Geneseo Dövlət Kollecindəki vəzifəsindən qovulmuşdur. Bu hadisə 24 aprel 1990-cı ildə Dadryan soyqırım məsələlərinə dair bir neçə beynəlxalq konfransda iştirak etdikdən sonra kollecə qayıdanda və 18 yaşlı tələbəsini təqib etməyə başlayanda baş vermişdir. Kollec rəhbərliyi 64 yaşlı professora könüllü olaraq istefa verməyi təklif etmiş, lakin Dadryan qərardan şikayət etmiş və uduzmuşdur. Arbitr Vittenberq öz qərarını verərkən qeyd etmişdir ki, Dadryan 1981-ci ildə dörd cinsi zorakılıq halına görə təqsirli bilinəndə onun artıq cinayəti var idi. Buna baxmayaraq, həmin vaxt "bunun bir daha təkrar olunmayacağına" ümid edərək onun müəllimliyə qayıtmağına icazə verilmişdi. 1981-ci il dinləmələrindən sonra 100 müəllim də daxil olmaqla 600-ə yaxın adam məktəb rəhbərlərindən "şagirdləri professor Dadryan tərəfindən gələcək təqiblərdən qorumaq" xahişi ilə petisiya imzalamışdır.[7]

Dadryanın kitabları və məqalələri 10-dan çox dilə tərcümə olunmuşdur:

  • Autopsie du Génocide Arménien. Trans. Marc & Mikaël Nichanian. Brussels: Éditions Complexe, 1995, 266p.
  • Haykakan Tsekhaspanut`iune Khorhtaranayin ev Patmagitakan Knnarkumnerov (The treatment of the Ottoman genocide by the Ottoman parliament and its historical analysis). Watertown, MA: Baikar, 1995, 147p.
  • Jenosid Ulusal ve Uluslararasi Hukuk Sorunu Olarak: 1915 Ermeni Olay ve Hukuki Sonuçlar [Genocide as a problem of national and international law: The World War I Armenian case and its contemporary legal ramifications]. Trans. Yavuz Alogan. Istanbul: Belge Uluslararas Yaynclk, 1995, 221p.
  • The History of the Armenian Genocide: Ethnic Conflict from the Balkans to Anatolia to the Caucasus. Providence, RI & Oxford: Berghahn Books, 1995, 452p.
  • German Responsibility in the Armenian Genocide: A Review of the Historical Evidence of German Complicity. Watertown, MA: Blue Crane Books, 1996, 304p.
  • Histoire du génocide arménien: Conflits nationaux des Balkans au Caucase. Traduit de l'anglais par Marc Nichanian. Paris: Stock, 1996, 694p.
  • The Key Elements in the Turkish Denial of the Armenian Genocide: A Case Study of Distortion and Falsification. Cambridge, MA and Toronto: Zoryan Institute, 1999, 84p.
  • Warrant for Genocide: Key Elements of Turko-Armenian Conflict. New Brunswick and London: Transaction Publishers, 1999, 214p.
  • Los elementos clave en el negacionismo Turco del Genocidio Armenia: un estudio de distorsión y falsificación. Translated by Eduardo A. Karsaclian. Buenos Aires: Fundación Armenia, 2002, 79p.
  • Historia Tis Armenikan Genoktonias [History of the Armenian Genocide]. Athens: Stokhastis, 2002, 685p.
  • Historia del Genocidio Armenio. Conflictos étnicos de los Balcanes a Anatolia y al Cáucaso. Translated by Eduardo A. Karsaclian. Buenos Aires: Imago Mundi, 2008, 434p.
  1. 1 2 3 4 Bibliothèque nationale de France Vahakn N. Dadrian // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. A Lecture on The Armenian Genocide Arxivləşdirilib 2008-10-11 at the Wayback Machine, Professor Stuart D. Stein.
  3. de Waal, Thomas. Great Catastrophe: Armenians and Turks in the Shadow of Genocide (ingilis). Oxford University Press. 2015. səh. 47. ISBN 978-0-19-935069-8.
  4. "Vahakn N. Dadrian, Biography". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-01.
  5. "Genocide Studies Pioneer Vahakn Dadrian Dies". Armenian Mirror-Spectator. August 8, 2019. May 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2022.
  6. "President Armen Sarkissian sent a letter of condolences on the demise of Vahakn Dadrian". 2022-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-01.
  7. "Geneseo Fires Professor for Sexual Harassment". Times Union. Associated Press. 25 aprel 1991. 2015-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-04.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]