Tobias Bekett

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tobias Bekett
Ulduz müharibələri personajı
İlk görünmə "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2018)
Son görünmə "Star Wars Adventures 4" (2021)
Yaradan
Canlandıran Vudi Harrelson
Məlumat
Ləqəb(lər)i Artu (R2)
Növü İnsan
Cinsi Kişi
Peşə Cinayətkar, qaçaqmalçı, oğru

Tobias Bekett (ing. Tobias Beckett) — "Ulduz müharibələri" franşizasında personaj. İlk dəfə 2018-ci ildə çəkilmiş "Han Solo: Ulduz müharibələri. Hekayələr" filmində nümayiş olunmuş, burada Vudi Harrelson tərəfindən canlandırılmışdır. O, "Qırmızı şəfəq" cinayət sindikatında işləyən oğru və Han Solonun müəllimidir. Bekket sonradan Soloya xəyanət etmiş və nəticədə onun tərəfindən öldürülmüşdür.

Personaj Robert Lüis Stivensonun "Dəfinələr adası" romanından dəniz qulduru Con Silverə əsaslanmışdır. Ssenari müəllifləri LourensConatan Kezdan "Solo" filminin ssenarisini yazmağa başlamazdan əvvəl kitabı yenidən oxumuşdur. Onlar Bekett və Han Solo arasında "Dəfinələr adası" romanından Silver və Cim Hokins arasındakı münasibətə oxşar bir şey yaratmağa çalışmışdırlar..[1]

Canlandırılması

[redaktə | vikimətni redaktə et]

ABŞ aktyoru Vudi Harrelson "Han Solo: Ulduz müharibələri. Hekayələr" filmində Tobias Bekett personajını canlandırmışdır.[2]

  1. Breznican, Anthony. "Rogue's Gallery: A lineup of three outlaws from 'Solo: A Star Wars Story'". EW.com (ingilis). February 9, 2018. April 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2022.
  2. Akingbade, Tobi. "Woody Harrelson says he would've turned down Solo role if it wasn't for co-star". Metro (ingilis). 2018-09-24. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]