Tərcümə
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Tərcümə[1] — fikrin bir dildən digər dilə eyni məzmunda verilməsi.
İlk dövrlərdə tərcümə ancaq insanlar tərəfindən edilirdi. Sonradan tərcümə maşın (ing. MT — Machine Translation) və kompüterdən istifadə edilməklə (ing. CAT — computer aided translation) edilməyə başlandı. Bu zaman onun keyfiyyəti insan tərcüməsindən çox geri qalır.
Tərcümədə məqsəd ilkin materialla maksimum oxşarlıq təşkil etməkdir. Ancaq dillərin xüsusiyyəti, mədəniyyət fərqi və elmi terminlərin yayılması dərəcəsi tam tərcüməyə imkan vermir.
Tərcümələr "şifahi" və "yazılı" tərcümələrə bölünür.
Poetik tərcümə, yəni bir dildə yazılmış şeirin digər dildə bənzərini yaratmaq tərcümənin ən çətin növlərindən hesab olunur.
Tərcümədə çətinlik yaradan amillərdən biri də Tərcüməçinin "yalançı dostları"dır.
Tərcümənin növləri
[redaktə | vikimətni redaktə et]Tərcümənin yazılı və şifahi olaraq iki forması vardır. Şifahi tərcümə özü də "ardıcıl və sinxron" olaraq iki yerə bölünür. "Pıçıltılı tərcümə" və "İşarə dilinin tərcüməsi" də sinxron tərcüməyə daxildir.
Yazılı və şifahi tərcümə
[redaktə | vikimətni redaktə et]Tərcümə prosesində nitq yazılı və şifahi olur. Hər iki tərcümə növü mütəxəssisdən işçi dilləri mükəmməl bilmək, aidiyyəti olan sahə üzrə güniş məlumat, müəyyən vərdişlər tələb edir. Bu tələblərlə yanaşı yazılı tərcüməni şifahi tərcümədən fərqləndirən bir sıra mühüm cəhətlər mövcuddur. Əvvəla, yazılı tərcümə yazılı məxəz mətnin yazılı şəkildə digər dilə çevrilməsini, şifahi tərcümə isə şifahi mətnin digər dilə tərcüməsini nəzərdə tutur. Zaman baxımından şifahi tərcümə mətnin dərhal tərcüməsini nəzərdə tutduğu halda yazılı tərcümədə bu tələskənlik yoxdur. Yəni şifahi tərcümədə vaxt tərcüməçini gözləmir, o məxəz mətni bir dəfə eşidir. Yazılı tərcümədə isə material göz qabağında olduğundan tərcüməçi istənilən məqamı dəfələrlə nəzərdən keçirə, etdiyi səhvləri düzəldə bilər. Odur ki, işin gedişində yazılı tərcüməçinin müxtəlif mənbələrə müraciət etməsi üçün kifayət qədər vaxtı və imkanı olduğu halda, şifahi tərcümədə problem yerindəcə həll edilməlidir. Dilmancın heç bir mənbəyə müraciət etməyə imkanı olmur, buna görə də öz bilik və vərdişlərinə güvənməlidir. Şifahi tərcümədə dəqiqlik 70% gözlənildiyi halda, yazılı tərcümədə bu göstərici 99%-dir.
Ardıcıl tərcümə
[redaktə | vikimətni redaktə et]Ardıcıl tərcümədə dilmanc məruzəçinin söylədiyi müəyyən nitq parçasını əvvəlcə eşidir, məruzəçi susduqda isə həmin parçanı olduğu kimi digər dilə çevirir. Ardıcıl tərcümə zamanı adətən natiq 1–5 dəqiqədən bir(hər paraqrafın və ya fikrin sonunda) fasilə verir, mətnin tərcüməsi üçün şərait yaradır. Digər bir mənbədə göstərilir ki , nitq 15 dəqiqə çəkə bilər. Bu zaman mütərcim özü üçün qeydlər götürür. Tərcümə tarixində belə hallar da var ki natiq fasiləsiz olaraq bir saat danışır, sonra tərcümə üçün dilmanca üz tutur. Bəzi tərcüməçilərin məsləhətinə görə, yaddaş kifayət qədər yükləndikdə dilmanc məruzəçidən dayanmağı tələb edə bilər. Ardıcıl tərcüməçi üçün ən vacib şərtlərdən biri də onun qeydgötürmə qabiliyyətidir. Çünki təfsilata zərər yetirmədən bütöv bir paraqrafı olduğu kimi yadda saxlamaq çox çətindir. Digər səciyyəvi cəhətlər qısamüddətli yaddaş , yaxşı təqdimat qabiliyyəti və inandırma bacarığıdır. İnsan bir dəqiqəyə bir neçə söz yadda saxlaya bilər, amma məsələ bir neçə sözü ardıcıllıqla yadda saxlayıb-saxlamamaqda deyil. Müəyyən bir parçanı fasiləsiz olaraq dinləyəndə insanın yaddaşı yüklənir. Əgər nitq parçasındakı əsas məqamlar qeydlər şəklində yazıya köçürülsə, sonra onlara baxılaraq tərcümə edilsə onda mütərcim yorulmur, eyni zamanda görülən iş də effektli olur.
Sinxron tərcümə
[redaktə | vikimətni redaktə et]Şifahi tərcümənin iki formasından biri də sinxron tərcümədir ki, bu da məxəz nitqlə eyni vaxtda həyata keçirilir. Sinxron tərcüməçi xüsusi texnika ilə təchiz edilmiş kabinədə oturaraq, qulaqcıqlar vasitəsilə eşitdiyi nitqi həmin anda tərcümə edib mikrafona deyir. Cümlədə söz sırasından asılı olaraq xəbərin sonda gəlməsi ingilis dilinə sinxron tərcümədə çətinlik törədir. Çünki cümlə qurtamasa fikrin təsdiq və ya inkarda olduğu bilinmir. Buna görə də bəzən sinxron tərcüməçi cümləni öz fəhmi hesabına tərcümə etməli olur. Odur ki, sinxron tərcümə mütəxxəssisdən güclü duyma qabiliyyəti və geniş dünyagörüşü tələb edir.
Dilmancdan ən azı yarım saat fikrini toplamaq tələb olunur. Məhz dilmancın bu fiziki imkanını nəzərə alaraq sinxron tərcümə kabinəsində onların hər 20 dəqiqə və ya yarım saatdan bir bir-birini əvəz etməsi lazımdır.
Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. Bu tərcümə növündən ilk dəfə Nyüremberq məhkəməsində istifadə olunmuşdur. Həmin vaxtdan bəri çoxlu sayda konfranslar keçirilir və iştirakçılar öz dillərində və ya beynəlxalq dillərin birində çıxışları təxminən eyni zamanda dinləyirlər. Sinxron tərcümə müxtəlif dillərdə danışan çoxsaylı insanların, diplomatik danışıqların, habelə digər proseslər üçün məqsədəuyğun və əlverişli sayılır. Bu da onunla əlaqədardır ki, sinxron tərcümədə vaxt ikiqat azalır, yəni məruzə ilə onun tərcüməsi eyni vaxtda bitir. Sinxron tərcümədən daha çox BMT sessiyalarında və beynəlxalq konfranslarda istifadə olunduğu üçün ona "konfrans tərcüməsi" də deyilir.
Pıçıltılı tərcümə
[redaktə | vikimətni redaktə et]Sinxron tərcümənin digər ən çox yayılmış forması məhz pıçıltı vasitəsilə tərcümədir. Pıçıltılı tərcümə fransız termini ilə "ehuchotage" da adlanır. Bu tərcümə növündən adətən tədbirlərdə hədəf dildə danışan xarici nümayəndələrin sayının az olduğu hallarda istifadə edilir. Pıçıltılı tərcümə zamanı dilmanc xarici nümayəndənin yanında oturub eşitdiklərini onun qulağına elə tərzdə pıçıldayır ki, tərcüməni yalnız ehtiyacı olan bu şəxs eşidir, digər nümayəndələrə isə maneçilik törətmir. İki nəfərin tərcüməyə ehtiyacı olduğu halda dilmanc onların arxasındakı cərgədə elə əyləşir ki, qonaqlardan birinin sağ qulağına, digərinin isə sol qulağına yaxın məsafədə pıçıltı ilə deyilənləri çatdıra bilsin. Tərcüməyə ehtiyacı olanların sayı ikidən artıq olduqda iki və ya daha artıq dilmancın tərcüməsindən istifadə olunur. Bu halda bir dilmancın tərcüməsi xüsusi aparatla br neçə nəfərə çatdırıla da bilər.
İşarə dilinin tərcüməsi
[redaktə | vikimətni redaktə et]"İşarə dili" dedikdə kar adamların ünsiyyət vasitəsi kimi istifadə etdiyi jest, mimika və əl-qol-bədən hərəkətlərindən ibarət işarə sistemi nəzərdə tutulur. Bu işarələr həm kar adamlar arasında, həm də onlarla ünsiyyətdə olan normal eşitmə qabiliyyəti olan insanlar arasında işlənir. Normal şifahi nitqin işarə dilinə çevrilməsi və ya əksinə, işarə dilindəki fikrin normal nitq şəkildə çatdırılmasına transliterasiya deyilir. Bu proses hər iki tərəf, yəni eşitmə qüsurlu olan şəxs, eləcə də onunla ünsiyyət yaradan normal eşitmə qabiliyyətli şəxs eyni dilin nümayəndələri olduqda baş verir. Tərəflər müxtəlif dillərin daşıyıcıları olduqda isə onların fikrinin işarələr dilində və ya şifahi şəkildə ifadə olunması üçün üçüncü bir tərəfin müdaxiləsinə- işarə dili üzrə tərcüməçinin iştirakına ehtiyac yaranır. İşarə dili üzrə tərcümə sinxron şəkildə həyata keçirilir və sinxron tərcümənin ənənəvi formalarından fərqli olaraq burada tərcüməçinin təcrid olunmuş kabinədən və qulaqcıqlardan istifadə etməsi əvəzinə, eşitmə qabiliyyəti qüsurlu olan auditoriya qarşısında birbaşa fəaliyyət göstərməsi tələb olunur. Bu halda tərcüməçi eşitdiyi şifahi nitqi işarə dilinə, işarə dilində ifadə olunanları isə adi nitqə çevirməli olur. Tərcümənin bu sahəsi üzrə çalışan mütəxxəssislər müəyyən kurs keçərək orada işarə dili, eşitmə qüsurlu insanların mədəniyyəti, barmaq vasitəsilə hərfləmə, işarə dilinin quruluşu, dilmanclığın əsasları, dilmanclıq və transliterasiya, səsləndirmə və s. kimi fənləri öyrənməlidirlər.
Tərcümədə Təşkilatlanma
[redaktə | vikimətni redaktə et]Hal-hazırkı mənbələrə əsasən dünyada qeydə alınmış 300 minə yaxın rəsmi tərcüməçi vardır. Qeyri-rəsmi məlumatlara əsasən isə bu rəqəmin daha da yüksək olduğu qeyd olunur. Bu sayın günü-gündən artdığı heç kimdə şübhə yaratmır. Bəs bu qədər tərcüməçi harda və necə təşkilatlanır? Topladığım məlumatlara istinadən deyə bilərəm ki, dünya üzərində yüzlərlə tərcümə təşkilatları, assosiasiyaları mövcuddur.
Beynəlxalq Tərcüməçilər Federasiyası
[redaktə | vikimətni redaktə et]Beynəlxalq Tərcüməçilər Federasiyası Federation of Translators) dünyada üzvlərinin sayına , heyata keçirdiyi tədbirlərə və reytinginə görə tərcüməçilərin ən böyük təşkilatıdır. Dünya üzərində 55-dən çox ölkənin tərcümə təşkilatlarının təmsil olunduğu federasiyanın baş ofisi İsveçrədə yerləşir. Federasıyanın üzvü olan tərcüməçilərin sayı isə 80.000-dən artıqdır. Federasiyanın əsas məqsədləri arasında tərcüməçiləri bir araya toplamaq, onların hüquqlarını müdafiə etmək, tərcüməçilər üçün xüsusi təlimlər keçirmək yer alır. Hər 3 ildən bir beynəlxalq iclas keçirən federasiyanın növbəti iclası 2014-cü ildə Almanyada baş tutacaq. Onu da qeyd etmək istəyirəm ki, bu yaxınlarda 60 illik yubileyinin qeyd edən federasiyanın üzvü olan təşkilatlar arasında ölkəmizi Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası təmsil edir.
Türk Çevirmənləri Dərnəyi
[redaktə | vikimətni redaktə et]Qardaş Türkiyədə fəaliyyət göstərən Türk Çevirmənləri Dərnəyi (Turkish Translator’s Association) 1992-ci ildə yaranıb və İstanbul şəhərində yerləşir. Təşkilatın fəaliyyətləri arasında Türkiyə tərcüməçilərini vahid mərkəzdə toplamaq, tələbə tərçüməçilərə müxtəlif tərcümə sahələrində seminarlar vermək, beynəlxalq arenada türk tərcüməçilərini təmsil etməkdir. Təşkilat həmçinin tərcümə bazarında qiymətləri müəyyən edir, müxtəlif dillər üzrə tərcüməçilərlə əlaqə qurmağa yardımçı olur. Təşkilatın Türkiyənin müxtəlif bölgələrində nümayəndəlikləri vardır.
Amerika Tərcüməçilər Assosiasiyası
[redaktə | vikimətni redaktə et]Amerikada fəaliyyət göstərən ən böyük tərcümə təşkilatı Amerika Tərcüməçilər Assosiayasiyasıdır (Translators Association). Assosiasiya 1959-cu ildə yaradılmışdır. Dünyanın 90 ölkəsində fəaliyyət göstərən assosiasiyanın 11.000-dən artıq üzvü vardır. Əsas məqsəd tərcüməçilərin profesional inkişafı və peşə qabiliyyətlərinin artırılması olan assosiasiya Beynəlxalq Tərcümə Federasiyasının daimi üzvüdür.
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası
[redaktə | vikimətni redaktə et]Azərbaycanda tərcüməçilərin təşkilatlanması sahəsində işlər son bir neçə ildir ki, daha aktiv şəkildə görülür. Buna səbəb kimi isə tərcümənin və tərcüməçiliyin son illərdə daha da ön plana çıxmasını göstərmək olar. Müstəqillik qazandığımız illərdən günümüzə qədər bir neçə dəfə tərcümə təşkilatları yaratmağa cəhd olunsada buna yalnız 2011-ci ildə nail olunmuşdur. Məhz bu ildə bir neçə gənc tərcüməçi tərəfindən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası yaradılmışdır. Assosiasiya Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən, azərbaycanlı tərcüməçiləri bir araya gətirən, tərcüməçilərin ilk peşəkar təşkilatıdır. Assosiasiya 2012-ci ildə dövlət qeydiyatına alınmış və fəaliyyətini davam etdirmişdir. Assosiasiya iki yüzə yaxın peşəkar, həvəskar tərcüməçiləri, tərcümə təhsili almaqda olan tələbələri bir araya gətirir. Tərcüməçilərin hüquqlarının, sosial, iqtisadi və hüquqi maraqlarının müdafiə etmək, Azərbaycanda, eləcə də xaricdə fəaliyyət göstərən azərbaycanlı tərcüməçilər arasında kommunikasiya qurmaq, tərcümə sahəsində təhsil alan gənclərə hərtərəfli dəstəyin təmin olunması assosiyasiyanın əsas hədəf və məqsədləri arasında yer alır. 30 Sentyabr Beynəlxalq Tərcüməçilər günündə təşkil olunan Milli Tərcümə Forumu Azərbaycanda tərcümə sahəsində görülən uğurlu işlərdən biri kimi qiymətləndirmək olar.[2]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ (#empty_citation)
- ↑ "Arxivlənmiş surət". 2016-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-25.
Mənbə
[redaktə | vikimətni redaktə et]- "Poetik tərcümələr". 1-ci toplu. "Poetry in Translation". 1st collection. Поэтические переводы. 1-й сборник. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2005. İSBN 9952-20-031-5".
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Balcerzan, Edward, ed., Pisarze polscy o sztuce przekładu, 1440–1974: Antologia (Polish Writers on the Art of Translation, 1440–1974: an Anthology), Poznań, Wydawnictwo Poznańskie, 1977.
- Berman, Antoine, L'épreuve de l'étranger, 1984, excerpted in English in Lawrence Venuti, editor, The Translation Studies Reader, 2002 (2nd edition, 2004).
- Cohen, J. M., "Translation", Encyclopedia Americana, 1986, vol. 27, pp. 12–15.
- Darwish, Ali, "Towards a Theory of Constraints in Translation," 1999. (@turjuman Online)
- Galassi, Jonathan et al., "Como Conversazione: On Translation," The Paris Review, 2000, no. 155, ISSN 0031–2037, pp. 255–312. Poets and critics Seamus Heaney, Charles Tomlinson, Tim Parks and others discuss the theory and practice of translation.
- Gouadec, Daniel, Translation as a Profession, Amsterdam, John Benjamins, 2007, ISBN 978-90-272-1681-6.
- Kasparek, Christopher, "The Translator's Endless Toil", The Polish Review, vol. XXVIII, no. 2, 1983, pp. 83–87. Includes a discussion of European-language cognates of the term, "translation".
- Kasparek, Christopher, "Prus' Pharaoh and Curtin's Translation," The Polish Review, vol. XXXI, nos. 2–3 (1986), pp. 127–35.
- Kelly, L.G. The True Interpreter: a History of Translation Theory and Practice in the West. New York, St. Martin's Press. 1979. ISBN 0-312-82057-7.
- Miłosz, Czesław, The History of Polish Literature, 2nd ed., Berkeley, University of California Press, 1983, ISBN 0-520-04477-0.
- Muegge, Uwe. Translation Contract: A Standards-Based Model Solution. AuthorHouse. 2005. ISBN 1-4184-1636-3.
- Parks, Tim, Translating Style: A Literary Approach to Translation—A Translation Approach to Literature, Manchester, St. Jerome, 2007, ISBN 1-905763-04-2.
- Piron, Claude, Le défi des langues — Du gâchis au bon sens (The Language Challenge: From Chaos to Common Sense), Paris, L'Harmattan, 1994.
- Rose, Marilyn Gaddis, guest editor, Translation: Agent of Communication (a special issue of Pacific Moana Quarterly, 5:1), 1980.
- Schleiermacher, Friedrich, "Über die verschiedenen Methoden des Übersetzens", 1813, reprinted as "On the Different Methods of Translating" in Lawrence Venuti, editor, The Translation Studies Reader, 2002, 2nd edition 2004.
- Simms, Norman, editor. Nimrod's Sin: Treason and Translation in a Multilingual World. 1983. ([[:Category:|link]])[[Category:]]
- Tatarkiewicz, Władysław, A History of Six Ideas: an Essay in Aesthetics, translated from the Polish by Christopher Kasparek, The Hague, Martinus Nijhoff, 1980, ISBN 83-01-00824-5.
- Venuti, Lawrence. The Translator's Invisibility. Routledge. 1994. ISBN 0-415-11538-8.
- Grace Hui Chin Lin (2008) Oral Translation of Poetry in Tung Dynasty through Communication Strategies [1]
- Alison Mandaville and Shahla Naghiyeva – Trading Culture: Practical Background for Azerbaijani-English Poetry Translation Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine
- Вёглин Ч. Ф. Многоступенчатый перевод
- Вине Ж.-П., Дарбельне Ж. Технические способы перевода
- Гак В. Г. Сопоставительные исследования и переводческий анализ
- Мирам Г. Э. Профессия: переводчик
- Миронова Н. Н. Билингвистические и бикультурные проблемы художественного перевода
- Мунэн Ж. Лингвистические проблемы перевода. Перевод как языковой контакт
- Ольшанский Д. А. Интерпретация и перевод: задачи читателя
- Райс К. Классификация текстов и методы перевода
- Влахов С. И., Флорин С. П. Непереводимое в переводе. Изд-во Р. Валент, М. 2009
- Самсонов В. Ф. К анализу гипотезы Куайна о неопределённости перевода
- Якобсон Р. О лингвистических аспектах перевода
- Məlikov, Ə. Leypsiq tərcüməşünaslıq məktəbi aspektindən dini və fəlsəfi tərcümələrin hermenevtik və praqmatik problemləri. İlahiyyatçı qəzeti, Bakı, Aİİ, 2020, № 2 (14), səh.9 (https://doi.org/10.13140/RG.2.2.17998.20802)
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası
- Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının Bədii Tərcümə Klubu
- Beynəlxalq tərcüməçilər federasiyası
- tərcüməçilər şəhəri
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |