Seram (ada)
Seram adası | |
---|---|
ind. Pulau Seram, | |
Ümumi məlumatlar | |
Sahəsi | 17100 km² |
Uzunluğu |
|
Eni | 70 km |
Hündür nöqtəsi | 3019 m |
Əhalisi | 218.993 nəfər (2013-cü il) |
Yerləşməsi | |
3°08′00″ c. e. 129°30′00″ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Seram (ind. Pulau Seram) — Malay arxipelaqına və Molukk adalarına daxil olan ada. Onun sahəsi 17,1 min. km² təşkil edir. Əsas limanı Masoxi şəhəridir.
Coğrafiyası və geologiyası
[redaktə | vikimətni redaktə et]Seram adasının mərkəzində dağ silsiləsi keçir. Adanın ən hündür nöqtəsi Binaya (3019 m) dağıdır. Seram demək olar ki, bütünlüklə rütubətli tropik meşələri ilə örtülmüşdür. Geoloji baxımında qarışıq zonada yerləşir. Burada litosfer tavalarının toqquşma yeri olması və tektonik catların çoxluğu ilə seçilir[1]. Seram adası faktiki mikrotava üzərində yerləşir. Tava 8 milyon öncə yaranıb və 80° buçaq altında fırlanmışdır[2]. Papua mikrotavasının təsiri nəticəsində Seram adasında hündürlüyü 3000 metrə çatan dağlar yaranmışdır. İl ərzində havanın temperaturu 25–27°S təşkil edir. Yağıntının miqdarı düzənliklərdə 2000 metr, dağlarda isə 4000 metr təşkil edir.
Flora və faunası
[redaktə | vikimətni redaktə et]Seram canlılar aləminin nümayəndələri ilə zəngindir. Xüsusilə endemik quşları ilə seçilir[3]. Adada yaşayan 117 növ quşdan 14-ü endemikdir: Molukk kakadusu, Todiramphus lazuli, Philemon subcorniculatus və Amboin kral tutuquşusu[4].
Məməlilər arasında istər Asiyaya xas gəmiricilər və Avstraliyaya xas olan Kisəlilərə rast gəlinir. Seram adasında yaxınlıqda yerləşən adalara nisbətən daha çox məməli növünə rast gəlinir. 38 növü endemikdir. Bunlardan Seram badikutu, Qızılı ucan tülkü, Seram ucan tülküsü, Banan sıçanı və Nesoromys ceramicus kimi endemik canlılarının nəsli kəsilmək üzrədir[5].
Donqarlı timsaha adanın bir necə çayında rast gəlmək olar. Onlar arasında Salavan xüsusi ilə seçilir.
1997-ci ildə adanın şərqində sahəsi 1890 km² olan Manuzela milli parkı yaradılmışdır.
Tarixi
[redaktə | vikimətni redaktə et]Molukk adalarının mərkəzi hissəsində yaşayan insanlar Seram adasını Nusa İna yəni doğma ada adlandırırlar[6][7]. XV və XVI əsrlərdə Seram Ternate sultanlığının təsir dairəsində olmuşdur. XVI əsrdə Portuqaların adada misionerlik fəaliyyəti olmuşdur. XVII əsrdən ada Hollandların nəzarətinə keçir. 1780-ci illərdə adada holland işğalına qarşı hərəkat olmuşdur. 1954–1962-ci illərdə adada separat Molukk adaları respublikası fəaliyyət göstərmişdir. Hazırda isə İndoneziyanın ərazisidir.
İnzibati bölgü
[redaktə | vikimətni redaktə et]Seram adası Maluku vilayətinin ərazisinə daxildir və iki dairəyə bölünür. Qərbi Seram-Baqian dairəsinin mərkəzi Dataran Xunipopu şəhəridir. Dairədə 140 657 insan yaşayır. Şərqi Seram-Baqian dairəsinin mərkəzi Dataran Xunimoa şəhəridir. Dairədə 78 336 insan yaşayır.
İnanc
[redaktə | vikimətni redaktə et]1998-ci ildə Molukk adalarında dini zəmində münaqişə yaranmışdır. Bunun nəticəsində isə adalardan çoxlu sayda insanlar digər adalara köç etməli olmuşddular[8]. Malinoda 2002 ildə əldə olunan razılaşmadan sonra ada faktiki təhlükəsiz məkana çevrilmişdir. Bununla belə Masoxi müsəlman və xristiyanlar tərəfindən iki əraziyə bölünüb.
Adada 7000 min insan (mauzelalar) indoneziyanın bu adasında yayılmış, xristian və islam dinindən fərqli olan, induizmə yaxınlığı ilə seçilən dinə sitayiş edir.
İqtisadiyyat
[redaktə | vikimətni redaktə et]Adanın əsas ixrac məhsulları: Kopra, Qatran, Saqo və balıq. Neft isə adanın şimal-şərqində, Bula şəhəri yaxınlığında, KUFPEC (Indonesia) Limited şirkəti tərəfindən çıxarılır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2002-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
- ↑ Linthout, K. and Helmers, H. 1994 Pliocene obducted, rotated and migrated ultramafic rocks and obduction-induced anatectic granite, SW Seram and Ambon, Eastern Indonesia. J. Southeast Asian Earth Sci. 9(1–2), pp95–109 1994 Academic Paper
- ↑ BirdLife International: Saving Asia’s threatened birds [ölü keçid], 2003, проверено 19 мая 2010
- ↑ "Inonesian Ministry of Forestry". 2010-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
- ↑ "WWF: Seram rain forests". 2011-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
- ↑ "Homepage Ema". 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
- ↑ Lonely Planet Indonesia 7th Edition, page 840
- ↑ "INDONESIA". 2021-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.