Qladiolus
Qladiolus | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Qladiolus |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qladiolus (lat. Gladiolus)[3] — süsənkimilər fəsiləsinə aid bitki cinsi[4], çoxillik soğanağlı bitkidir eyni zamanda qılınca bənzər yarpaqlarına görə (lat. gladius) "qılınc" adlandırılır.
Tarixi
[redaktə | vikimətni redaktə et]Bizim eramızdan 300 il əvvəl Yunanlılar bu gülü buğda tarlalarında bitən alaq otu hesab etsələr də, Qədim Romada bu gözəl güllər bütün bağları bəzəyirdi[5]. Bu bitki haqqda ilk məlumat Qədim Roma taxində rast gəlinib. Qədim Romalıların inancına görə, əgər gülün soğancası boyundan amulet kimi asılarsa bu nəinki döyüşdə qalib gəlməyə kömək edər, həttda ölümdən qoruyar. Qladiolusu qida kimi də istifadə ediblər. Qladiolus Romalılarda qladiatorların (lat. Gladiator) gülü hesab olunub[6].
Coğrafi ərazi
[redaktə | vikimətni redaktə et]Coğrafi baxımdan qladiolus geniş yer əhatə etsədə, bu bitkinin vətəni Afrikanın tropik və subtropik zonası, Aralıq dənizidir. Vəhşi təbiətdə Avrasiyada və Rusiya- Şərqi Sibirdə rast gəlinir. Qladiolus bağbanlıqda XVI əsrin sonunda geniş yer alıb. XVII yüzillikdə Avropaya Cənubi Afrika növləri gətirildikdən sonra daha çox tanınmağa başlayıb[7].
Botanik təsviri
[redaktə | vikimətni redaktə et]Təbiətdə 200-ə yaxın müxtəlif növ və sinifləri var. Qladiolus budaqlanmayan düz saplağlı bitkidir. Bir soğanaqdan yalnız bir saplaq bitir. Yarpaqları kökündən, şama bənzər butalar isə saplağın başında bitir. Yarpaqları uzunsov (qılınc) formadadır. Yarpağın uzunluğu ortalama 50–75 sm olur. Gül yatağı fərqli formada olur: birtərəfli, ikitərəfli və spiralvari bitir. Çiçəklənmədən sonra butaların yerində meyvələr əmələ gəlir. Meyvələrin içində toxumlar yetişir. Qəhvəyi rəngə çalan bu toxumlar yumru və oval formadadırlar. Əsasən bu kölların qısa boylu və hibrid növlərinə üstünlük versələrdə, eyni zamanda bağbanlıqda çoxillik vəhşi növləri də yetişdirilir[8].
Növlər
[redaktə | vikimətni redaktə et]Vəhşi təbiətdə yetişən növlər
[redaktə | vikimətni redaktə et]"Bataqlıq" – (ing. Gladiolus palustris) Bu növ Şimali İtaliya, Mərkəzi Avropa və Baltik yarımadasında bataqlıq çəmənlikdə bitir. Nadir hallarda Belarusiyada rast gəlinir. Qladiolusun hündürlüyü 30–60 sm, saplağı incə və zəif olur. Güllərin uzunluğu 3 sm, gül yatağındakı butaların sayı 5–8 ədəd,rəng çaları tünd bənövşəyidir[9].
-
Qladiolus "Bataqlıq" (Palustris)
-
-
Vəhşi Qladiolus "Palustris", Behbahan
"Bizans"- (ing. Gladiolus byzantinus) Bu növ Aralıq dənizi, ön və kiçik Asiyada (Türkiyə, Suriya, İran) meşə kənarlarında və çəmənliklərdə bitir. Yay fəslində çiçək açır. Saplağı incə və düzdür, hündürlüyü 60 sm-dək uzanır. Çiçəkləri olduqca böyükdür. Mədəni yetişmiş gülün eni 5- 6 sm, təbiətdə 3-4 sm olur. Rəngi moruq - bənövşəyi rəng çaları var. Ləçəklər boyu mərkəzindən ağ zolaqlar uzanır [10].
"Koçi"- (ing. Gladiolus kotschyanus) Bu növ Əfqanıstan, İran və Cənubi Zaqafqaziyada, dəniz səviyəsindən 3 km hündürlükdə rütubətli subalp çəmənliklərdə bitir. Saplağları nazik amma möhkəmdir, hündürlüyü 35-65 sm olur. Gül yatağı qısadır, güllər birtərəfli bitir. Butaların sayı 4-8 ədəd, çiçəyin uzunluğu 2,5-3 sm, rəngi açıq bənövşəyidən tünd bənövşəyidək çalarlarda olur[10].
"Sadə Qladiolus" –(ing. Gladiolus communis) Bu növ Cənubi Avropa, İran, Krım, Kiçik Asiya, Qafqaz və Aralıq dənizində, dəniz səviyyəsindən 2,1 km hündürlükdə olan meşə və subalp çəmənliklərində bitir. Saplağları düz formadadır, hündürlüyü 60-100 sm, rəngi açıq və tünd bənövşəyi çalarda olur. Ləçəklərin mərkəzindən və alt hissəsindən ağ zolaqlar var. Ləçəklərin eni 3-4 sm-dir,qırçınlı və uçu şişdir[10].
Qalereya
[redaktə | vikimətni redaktə et]-
Gladiolus × hortulanus
-
İsmayıllı rayonunda qladiolus
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 23. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 36.
- ↑ Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- ↑ Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- ↑ "Гладиолус: посадка и уход, уборка и хранение" (rus). floristics.info. 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
- ↑ Екатерина Зиборова. "Гладиолус. Истории и легенды" (rus). gardenia.ru. 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
- ↑ "Все о гладиолусах" (rus). stroy-podskazka.ru. 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
- ↑ OLCHUKS. "Все о гладиолусах: виды, сорта, выращивание и применение" (rus). megaogorod.com. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
- ↑ "Виды и сорта гладиолусов" (rus). art-pen.ru. 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
- ↑ 1 2 3 "Виды и сорта гладиолусов" (rus). art-pen.ru. 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.