Masturbasiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qustav Klimt tərəfindən 1916-cı ildə çəkilmiş rəsm əsərində masturbasiya ilə məşğul olan gənc qız təsvir olunmuşdur.

Masturbasiya (lat. manus — əl + turbare — tərpətmək) — cinsiyyət üzvlərinin orqazm prosesi baş verənə qədər stimulyasiyası. Şəxs öz-özünə və ya başqa bir şəxs tərəfindən, əllə və masturubasiya alətləri vasitəsilə də masturubasiya ilə məşğul ola bilər. Masturbasiya sözünün mənşəyi haqqında müxtəlif fikirlər vardır. Əsas fikirlərdən biri, bu sözün yunan dilində olan mezea (azərb. penislər‎) və latın dilində olan turbare (azərb. əllə qarışdırmaq‎) sözlərinin birləşməsindən yaranmışdır. Masturbasiya tez-tez edilmədiyi halda, insan sağlamlığı üçün təhlükəsi yoxdur. Tez-tez masturbasiya edən şəxslərdə masturbasiyadan asılılıq yarana bilər. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bəzi insanlar orqazm halını cinsi əlaqə zamanı yox, yalnız masturbasiya nəticəsində əldə edə bilirlər. Masturbasiya sözünün daha bir sinonimi olan "onanizm" Bibliyada olan Onanın adından götürülür. Masturbasiya ilə həm qızlar, həm də oğlanlar məşğul olur. Masturbasiya normal və sağlam bir metoddur. Bu orqanizm üçün zərərli sayılmır, belə ki, cinsi yetkinliyin vacib mərhələlərindən biridir. Masturbasiya şəxsi seksuallığı dərk etmək prosesinin əsas hissəsidir və hətta cinsi aktdan yayınmağa kömək edə bilər. Bir vaxtlar masturbasiya pis, ağılı başdan çıxaran bir hal kimi qəbul edilirdi. Hətta bu gün də bu müzakirə mövzusudur. Qızların masturbasiyası haqqında az danışılır, ona görə ki, qadın seksuallığı az qəbul edilən mövzudur.

  • Masturbasiya çox intim məsələdir və onunla ictimai yerlərdə məşğul olmaq olmaz.
  • Masturbasiya stresi aradan qaldırır və endorfin (zövq hormonu) hormonunun ayrılmasını aktivləşdirir və onun nəticəsində zövq halı yaranır.
  • Tədqiqatlar göstərmişdir ki, kişilərin 80%-i, qadınların isə 59%-i 18 yaşına qədər masturbasiya ilə məşğul olur.
  • Ekspertlərin çoxu hesab edir ki, masturbasiya əsasən yeniyetmələr arasında olan haldır, belə ki, bu yaşda hormonların hasil edilməsi daha aktivdir. Masturbasiya bu hormonların yaratdığı gərginliyi aradan qaldırır və cinsi inkişafın mütləq tərkib hissəsi sayılır.

Masturbasiya növləri

[redaktə | vikimətni redaktə et]

Masturbasiya əsasən erogen zonaların qıcıqlandırılması ilə əlaqədardır. Fərqlənməyə görə masturbasiya iki yerə bölünür: anal və genital masturbasiya.

  • Kişilərdə masturbasiya şəxsi tərcihlərinə, həmçinin bir çox faktorla əlaqələnir və tez-tez sünnət və sünnəti olmayanlar arasında fərqlənir.

Masturbasiyanın bir neçə üsulu vardır; lakin əksər hallarda masturbasiya əlin penisi əhatə etməklə, orqazmeyakulyasiya yaranana qədər qarşılıqlı irəliləyən hərəkəti ilə davam etdirilir. Əl hərəkətinin sürəti həm individuumdan, həm də ehtirasın dərəcəsindən asılıdır. Kişilər masturbasiya zamanı tez-tez digər əli ilə xayalarını, aralıq sahəsini, sağrısını və digər erogen zonalarını oxşayırlar.

  • Qadınlarda masturbasiya əsasən xarici cinsiyyət orqanlarına, klitora, uşaqlıq yoluna əl və ya su şırını təsiri ilə görülür.
  • Anal masturbasiya həm kişilər, həm də qadınlar tərəfindən, anus və düz bağırsağa əlin (fistinq) və ya barmağın, fərqli dildo növlərinin daxil edilməsi ilə stimulyasiya edilir.

Birgə masturbasiya

[redaktə | vikimətni redaktə et]

Hendcob ing. handjob — bu növ masturbasiya iki partnyorun (seksual oriyentasiyanın fərqi yoxdur) bir-birinin cinsi orqanlarının birgə stimulyasiyası ilə səciyyələnir.

Masturbasiya mədəniyyətdə

[redaktə | vikimətni redaktə et]

Masturbasiya bir sıra mühüm mahnılarda nümayiş olunur: məsələn ÇakBerrinin "My Ding-a-Ling", "Mary Anne with the Shaky Hand" və "Pictures of Lily" The Who qruppasını nümunə qətirmək olar.

2007-ci ilin mart ayında Channel 4 kanalı Masturbasiya həftəsi (ing. Wank Week) adında masturbasiya haqqında serialları nümayiş etdirməyi planlaşdırırdı. Bu bir sıra televiziya işçiləri tərəfindən tənqidə məruz qaldı. Bu səbəbdən serialın nümayişi ləğv edildi.

Masturbasiyanın yaşa görə bölünməsi

[redaktə | vikimətni redaktə et]
Masturbasiya təcrübəsinin ümumi sayı
Yaş Kişilər % Qadınlar %
15–17 74,4 33,9
18–29 82,4 64,1
30–44 88,1 57,1
45–59 87,2 52,6
60 və daha çox 74,5 33,2

Dinlərdə masturbasiyaya münasibət

[redaktə | vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

Ludger Lütgehaus: "O Wollust, o Hölle"; Die Zeit, 15. November 1991 (abgerufen am 29. Januar 2013) Teufelszeug: Interview mit Thomas Laqueur; Die Zeit, 18. April 2008 (abgerufen am 29. Januar 2013)