Katarakta
Katarakta | |
---|---|
XBT-10-KM | H26 |
XBT-9-KM | 366.8[1] |
OMIM | 601371, 116200 |
DiseasesDB | 2179 |
MedlinePlus | 001001 |
MeSH | D002386 |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Katarakta və ya Mirvari suyu — göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması ilə nəticələnən göz xəstəliyidir.
Katarakta bəbəyin arxasında yerləşən və görməmizdə vacib rol oyanayan büllurun şəffaflığını itirərək bulanıqlaşması və tədricən görmənin itməsinə səbəb olan xəstəlikdir. Yunan dilindən tərcümədə katarakta – "şəlalə" deməkdir. Qədim yunanlar belə hesab edirdilər ki, katarakta zamanı bəbəyin bulanıq boz rəngi onun üzərinə şəlalə kimi düşən və görməni zəiflədən pərdə ilə bağlıdır. Kataraktalı xəstə ətrafa sanki "çirkli pəncərə" arxasından baxır. Xəstəliyin son həddində gözün rəngi mirvariyə oxşadığından, xalq arasında kataraktaya "Mirvari suyu" da deyilir.
Katarakta yaşla bağlı yaranan xəstəlik olub, əsasən orta yaşdan yuxarı şəxslərdə rast gəlinsə də- yenidoğulmuşlarda, şəkərli diabet xəstələrində, göz nahiyyəsindən travma alan şəxslərdə, uzun müddət kortizolla müalicə alan xəstələrdə də yarana bilər.
Əlamətləri:
- Görmənin tədricən zəifləməsi
- İşığa həssaslığın artması (gözlərin qamaşması)
- İkili görmə
- Oxumanın çətinləşməsi
- Gecə görmənin zəifləməsi
- Rəngləri solğun və ya sarımtıl görmə
- Göz önündə ləkələrin görünməsi
- Eynək nömrələrinin sürətlə dəyişməsi
Bulanıqlığın büllurun hansı hissəsindən başlanmasından asılı olaraq klinikada bəzi dəyişikliklər ola bilər. Belə ki, bulanıqlıq büllurun mərkəzində yerləşdikdə (nüvə kataraktası) uzağı görmə zəifləyir, əşyalar dumanlı görünür. Belə xəstələr axşamlar gündüzə nisbətən daha yaxşı görür.
Bulanıqlıq büllurun qabığında lokalizasiya olunursa (kortikal katarakta), görmə zəifliyi demək olar ki, dəyişmir. Belə halda xəstəlik çox gec proqressivləşir.
Yenidoğulmuşlarda katarakta (kongenital katarakta) -ananın hamiləlik dövründə keçirdiyi infeksiyalar və ya qəbul etdiyi dərmanlarla bağlı yarana bildiyi kimi, heç bir aşkar səbəb olmadan da meydana çıxa bilər. Körpədə bəbəyin birinin digərindən fərqli olması və ya çəplik kataraktanın əlaməti ola bilər. Uşaqlarda bu əlamətlər görünən kimi həkimə müraciət etmək lazımdır. Əgər görmə zəifliyi və xüsusilə bir gözdə katarakta varsa dərhal əməliyyat olmalıdır. Əməliyyatın vaxt baxımından vacibliyi gözdə tənbəlliyin (ambliopiya) yaranma riskinin olmasıdır.
Kataraktanın diaqnozunu qoymaq üçün oftalmoloji müayinənin standart metodlarından (görmə itiliyinin, görmə sahəsinin, gözdaxili təzyiqin, göz dibinin müayinəsi) və əlavə metodlardan (refraktometriya, oftalmometriya, densiometriya və s.) istifadə olunur.
Katarakta dərman və ya eynəklə müalicə oluna bilən xəstəlik deyil. Kataraktanın inkişafının qarşısını ala biləcək bir üsul yoxdur və tək müalicəsi cərrahi yoldur. Müasir dövrümüzdə katarakta iynəsiz, narkozsuz və ağrısız əməliyyat olunan xəstəliklərdəndir.
Qalereya
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Disease Ontology (ing.). 2016.