Hyu Hefner

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hyu Hefner
ing. Hugh Hefner
Hefner 2010-cu ildə.
Hefner 2010-cu ildə.
Doğum tarixi
Doğum yeri Çikaqo, ABŞ
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri Los-Anceles, ABŞ
Vəfat səbəbi sepsis
Dəfn yeri
  • Vestvud qəbiristanlığı[d]
Vətəndaşlığı ABŞ ABŞ
Uşaqları 4
Təhsili Urbana-Şampeyn İllinoys Universiteti
Fəaliyyəti redaktor[d], jurnalist, yazıçı, naşir, gecə klubu sahibi, sahibkar, aktyor, film prodüseri, aktivist, sosial fiqur[d], siyasi fəal[d], xeyriyyəçi, kino aktyoru, icraçı prodüser[d], televiziya aktyoru, səsləndirmə aktyoru[d]
Fəaliyyət illəri 1953–2017
Partiyası
playboyenterprises.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hyu Hefner (ing. Hugh Hefner; 9 aprel 1926, Çikaqo — 27 sentyabr 2017, Los-Anceles) — amerikalı naşir, "Playboy" jurnalının yaradıcısı və keçmiş şef-redaktoru.

Hyu Hefner 1926-cı il aprelin 9-da Çikaqo şəhərində anadan olub.[1] Atası alman və ingilis, anası isə isveç əsillidir.[2][3] Hərbi xidmətdən sonra o, Urbana-Şampeyn İllinoys Universitetinin[4] psixologiya fakültəsinə daxil olub.

Daha sonra "Esquire" jurnalının reklam şöbəsində işləməyə başlayıb. Pornoqrafiya jurnalı təsis etmək ideyası da məhz bu zaman yaranıb.

Hefner ilk dəfə "Playboy" jurnalını öz mətbəxində hazırlayıb.[5] 1953-cü ildən etibarən nəşr olunmağa başlayan jurnalın birinci nəşrində Merilin Monronun çılpaq şəkilləri əks edilmiş və jurnal Hefnerin şəxsi pulu hesabına 50 000 tirajla buraxılmışdı.[6]

Az sonra o dünyanın ən çox satılan kişi jurnalına çevrilib. Statistikaya görə, jurnalın ay ərzində 7 milyon nüsxəsi satılır.

Hyu Hefner 27 sentyabr 2017-ci ildə 91 yaşında vəfat edib.[7][8][9]

  1. "Hugh Hefner Biography: Producer, Entrepreneur (1926–)". Biography.com (FYI / A&E Networks). May 17, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 22, 2015.
  2. Mullen, William. "Hef". Spokane Chronicle. August 8, 1984. February 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 23, 2010.
  3. Roberts, Gary Boyd. "#58 Royal Descents, Notable Kin, and Printed Sources". New England Ancestors. January 14, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 23, 2010.
  4. Hugh M. Hefner Arxivləşdirilib 2014-09-02 at the Wayback Machine Playboy Enterprises. Retrieved January 2, 2009.
  5. BBC Azerbaijan. "Dindardan seksual inqilabın xaç atasınadək keçilən yol - Hyu Hefnerin həyatı" (az.). Youtube.com. 04.10.2017. İstifadə tarixi: 2017-10-04.
  6. Hugh Hefner: The Ultimate Lifestyle Entrepreneur Arxivləşdirilib 2005-10-18 at the Wayback Machine. Entrepreneurs.about.com. Retrieved on May 3, 2012.
  7. Mansnerus, Laura. "Hugh Hefner, Who Built Playboy Empire and Embodied It, Dies at 91". The New York Times. September 27, 2017. September 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2017.
  8. Schudel, Matt. "Hugh Hefner, visionary editor who created Playboy magazine, dies at 91". Washington Post. September 27, 2017. May 30, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2017.
  9. Kogan, Rick. "Hugh Hefner, Playboy founder who built his empire in Chicago, dies at age 91". chicagotribune.com. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]