Cahangirbəyli
Cahangirbəyli | |
---|---|
39°03′09″ şm. e. 46°44′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 334 m |
Saat qurşağı | |
Cahangirli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd.[1] Kənd Oxçuçay çayının sol sahilində, Zəngilanın cənub-şərqində və Mincivanın şimal-şərqində, dəniz səviyyəsindən 409 metr hündürlükdə yerləşir.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Tarixi
[redaktə | vikimətni redaktə et]1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə, Cahangirbəyli, Azərbaycanın Qubadlı rayonunun Zəngilan kənd bölgəsinin Javabayli kəndi ilə birlikdə 335 nəfər (83 ailə) əhali ilə yaşayırdı və əhalisinin əsas hissəsini Azərbaycan türkləri təşkil edirdi.[3]
1933-cü il 1 yanvar tarixində Cahangirbəyli, Gizin, Tiri və Valigülubəyli kəndləri ilə birlikdə Zəngilan rayonunun Cahangirbəyli kənd şurasını təşkil edirdi. Kəndin əhalisi 75 nəfər (32 ev, 36 kişi və 39 qadın) idi. Kənd şurasının ümumi milli tərkibi 100% türkdilli idi (Azərbaycanlılar).[4]
1993-cü ilin oktyabrında, I Qarabağ Müharibəsi zamanı Zəngilan rayonu Ermənistan qüvvələri tərəfindən işğal edilərək dağıdıldı.[5][6]
21 Oktyabr 2020-ci ildə, II Qarabağ Müharibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Ordusu Cahangirbəyli kəndini işğaldan azad edildi"-ni elan etdi.[7]
4 May 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kəndi ziyarət etdi və kənddə təməlqoyma mərasimində iştirak etdi.[8][9]
Mədəniyyəti
[redaktə | vikimətni redaktə et]Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər kənddə mədəniyyət evi, klub, kitabxana, feldşer məntəqəsi, uşaq bağçası, on bir illik tam orta məktəb və hamam fəaliyyət göstərmişdir.
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]Oxçu çayının sahilində yerləşir. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə verilən məlumata görə “yaşayış məntəqəsi XIX əsrdə Tərəkəmə (indiki Məmmədbəyli) kəndindən köçüb gəlmiş Cahangirbəy adlı şəxs tərərfindən salındığı üçün belə adlanmışdır. Oykonim “Cahangirbəyə məxsus kənd” deməkdir” (Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, I cild, Bakı, 2007, səh. 117).
Cahangirbəyli kəndi rayonun aran hissəsində, Bakı-Mincivan magistral yolunun üzərində yerləşir. Yaşayış məntəqəsi üçün əsasən qışda soyuq, küləkli, yayda isə isti hava şəraiti üstünlük təşkil edir. Kənd quru və çılpaq dərələrlə, məskunlaşma nəticəsində sonradan salınmış meyvə bağları ilə əhatə olunmuşdur. Suvarma üçün əsas mənbə Oxçuçaydan ayrılmış Şirinbəy və Qıraq arxlardır.
Əhalisi
[redaktə | vikimətni redaktə et]Kəndin əhalisi azərbaycanlılardan ibarət olmuşdurdir. Son statistik məlumata görə sözügedən oykonimdə qeydiyyatda olan əhalinin sayı 1000 nəfərə yaxınlaşıb.
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Kənddə üzümçülük və heyvandarlıq xeyli, taxılçılıq isə qismən inkişaf etmişdi. 1977-ci ilə qədər Cahangirbəyli kəndində pambıq sahələri də mövcud olmuş, həmin ildən sonra ləğv edilərək üzüm sahələri salınmışdır. Kənddə heyvandarlığın inkişafı üçün geniş otlaq sahələri var. Kənd əhalisi baramaçılıqla da məşğul olmuş və bunun üçün yaşayış məntəqəsinin ətrafında tut bağları salınmışdı.
Kənddə şərab zavodu fəaliyyət göstərmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ "Prezident Mincivanın işğaldan azad olunduğunu açıqladı". qafqazinfo.az (az.). 21 oktyabr 2020. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2020.
- ↑ Азербайджанская сельско-хозяйственная перепись 1921 года. Вып. 9. Кубатлинский уезд (Издание Аз. Ц. С. У.). Баку. 1922. 52–53.
- ↑ Административное деление АССР. Баку: Издание АзУНХУ. 1933. 99.
- ↑ "Zəngilan rayonunun Cahangirbəyli kəndi". aztv.az. İstifadə tarixi: 2024-07-05.
- ↑ "Zəngilan rayonunun Cahangirbəyli kəndi". Report İnformasiya Agentliyi (az.). 2021-01-05. İstifadə tarixi: 2024-07-05.
- ↑ "Prezident İlham Əliyev: Azərbaycan ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 5 kəndini, Zəngilan rayonunun Mincivan qəsəbəsini və 13 kəndini işğaldan azad edib". AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ (az.). İstifadə tarixi: 2024-07-05.
- ↑ "Zəngilanın Cahangirbəyli kəndində birinci mərhələdə 1200 nəfərin məskunlaşdırılması nəzərdə tutulur". Report İnformasiya Agentliyi (az.). 2023-05-04. İstifadə tarixi: 2024-07-05.
- ↑ "İlham Əliyev Zəngilanda Cahangirbəyli kəndinin təməlini qoyub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-07-05.