Benjamin List

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Benjamin List
alm. Benjamin List
Doğum tarixi 11 yanvar 1968(1968-01-11)[2] (56 yaş)
Doğum yeri
Elm sahələri kimya[1], üzvi kimya[1]
Elmi dərəcələri
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük zabit xaçı Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeni
Kimya üzrə "Nobel" mükafatı Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Benjamin List (11 yanvar 1968[2], Frankfurt-Mayn, Hessen[2]) — alman kimyaçısı, David Makmillan ilə birlikdə kimya üzrə Nobel mükafatı (2021) laureatı.

L. Benjamin 11 yanvar 1968-ci ildə  Frankfurtda Maynda anadan olub (Qərbi Almaniya).

Frankfurtda  orta səviyyəli[3] alim və rəssam ailəsində anadan olan List Benjamin kardioloq Frans Folhardın və kimyaçı Yakob Folhardın  nəvəsidir.[4] Onun bibisi, tibb üzrə 1995-ci il Nobel mükafatı laureatı Kristina Nüsslein-Folhard anasının, memar Haydi Listin bacısıdır.[5][6] Onun hələ üç yaşı olanda valideynləri boşanıb.

Karyera və tədqiqatları

[redaktə | vikimətni redaktə et]

B. List 1993-cü ildə Berlin Azad Universitetində kimya üzrə magistr dərəcəsi və 1997-ci ildə Frankfurt Höte Universitetində fəlsəfə doktoru dərəcəsi alıb. Onun doktorluq dissertasiyası "Synthese eines Vitamin B 12 Semicorrins"[7][8] adlı və İohann Mülzerin rəhbərliyi altında yazılmışdır.[9][10] List 1997–1998-ci illərdə ABŞ-ın La Jolla şəhərindəki Skripps Tədqiqat İnstitutunun Molekulyar Biologiya Departamentində Karlos F. Barbas III və Riçard Lernerin[11][12] tədqiqat qruplarında postdoktorluq işçisi kimi çalışmışdır. Alexander Humboldt Fondunun təqaüdü ilə, həmçinin 1999-cu ildən 2003-cü ilə kimi dosent işləyib.[13][14]

Onun doktorluq dissertasiyası "Vitamin B12 semikorrin sintezi" ("Synthese eines Vitamin B 12 Semicorrins")[15] adlı və İohann Mülzerin rəhbərliyi altında yazılmışdır.[16] B. List 1997–1998-ci illərdə ABŞ-ın La Hoye şəhərindəki Skripps Tədqiqat İnstitutunun Molekulyar Biologiya Departamentində Karlos F. Barbas III və Riçard Lernerin tədqiqat qruplarında postdoktorluq işçisi kimi Alexander Humboldt Fondunun təqaüdü ilə, həmçinin 1999-cu ildən 2003-cü ilə qədər dosent kimi  çalışmışdır.

2003-cü ildə Maks Plank adına Kömür Tədqiqatları İnstitutunda qrup rəhbəri olmaq üçün Almaniyaya qayıdıb, 2005-ci ildə isə homogen kataliz şöbəsinə rəhbərlik edərək institutun direktorlarından biri olub.[17] 2012–2014-cü illərdə institutun icraçı direktoru vəzifəsində çalışıb.[18]

2004-cü ildən Köln Universitetində üzvi kimya üzrə fəxri professor kimi ştatdankənar vəzifədə çalışıb. 2018-ci ildən B. List həm də Hokkaydo Universitetinin Kimyəvi Reaksiya Modeli və Kəşfı İnstitutunda baş tədqiqatçıdir.[19][20] "Synlett" elmi jurnalının baş redaktorudur.[21] 2021-ci ilə kimi onun H indeksi Google Scholara görə 95,[22][23]- Scopus-ə görə 86-dır.

6 oktyabr 2021-ci ildə David Makmillan ilə birlikdə "Asimmetrik orqanokatalizi inkişaf etdirdiklərinə görə" kimya üzrə Nobel mükafatına layiq görüldü.[24] Bu inkişaf əczaçılıq tədqiqatlarına və dərman istehsalına böyük təsir göstərdi və "kimyanı yaşıllaşdırdı".[25]

Şəxsi həyatı

[redaktə | vikimətni redaktə et]

B. List 1999-cu ildə La Hoyadə Sabine List ilə evlənib və onların Teo və Paul adlı iki oğlu var.[26][27][28] Onların hamısı 2004-cü ildə Hind okeanında baş verən zəlzələ və sunamidən sağ çıxanlardandı.[29]

Fəxri fərmanları və mükafatları

[redaktə | vikimətni redaktə et]
  • 1994-cü ildə- NaFöG Mükafatı, Berlin şəhərindən[30]
  • 1997-ci ildə- Alexander  Humboldt Fondunun Fedor Linen Təqaüdü
  • 2000-ci ildə Synthesis-Synlett jurnalı Mükafatı
  • 2003-cü ildə- Alman Kimya Cəmiyyətinin Karl Duisberg Memorial Mükafatı
  • 2004-cü ildə- Degussa Xiral Kimya Mükafatı
  • 2004-cü ildə- Kimya Sənayesi Fondunun Müəllim Mükafatı
  • 2004-cü ildə- Haydelberg Universitetinin Lizeberg mükafatı
  • 2005-ci ildə- AstraZeneca Avropa Mühazirəsi, Sintetik Kimya Cəmiyyəti, Yaponiya
  • 2005-ci ildə-Mühazirə Mükafatı
  • 2005-ci ildə-Novartis Gənc Tədqiqatçı Mükafatı
  • 2006-cı ildə- JSPS Təqaüdü, Yaponiya
  • 2007-ci ildə-Üzvi Kimya üzrə  AstraZeneca Mükafatı
  • 2007-ci ildə- Kimya Sənayesi Fondu Mükafatı.
  • 2007-ci ildə-OBC-Mühazirə Mükafatı
  • 2008-ci ildə- Koreya Sunkyunkvan Universitetində dəvətli professor.
  • 2009-cu ildə- Mühazirə proqramı Boehringer-Ingelheim, Kanada
  • 2009-cu ildə- Üzvi reaksiyalar üzrə mühazirə, ABŞ
  • 2009-cu il Thomson Reuters Sitat Mükafatının qalibi
  • 2011-ci ildə- Boehringer-Ingelheim Mühazirəsi, Harvard Universiteti, ABŞ
  • 2011-ci ildə- ERC Genişləndirilmiş Qrant
  • 2012-ci ildə- Novartis Kimya Müəllim Mükafatı
  • 2012-ci ildə-Otto Bayer Mükafatı
  • 2013-cü ildə Mukayami Mükafatı
  • 2013-ce ildə- Ruhrpreis, Mülheim, Almaniya
  • 2014-cü ildə-Cope Scholar Mükafatı, ABŞ
  • 2014-cü ildə- Thomson Reuters Çox İstinad Edilən Tədqiqatçı
  • 2015-ci ildə- Carl Şipp Marvel Mühazirəsi, Illinois Universiteti, Urbana-Şampeyn, ABŞ
  • 2016-cı ildə-Qottfried Vilhelm Leibniz mükafatı
  • 2017-ci ildə- Professor U. R. Qataka, Hindistan Elmin İnkişafı Assosiasiyası (IACS), Kalkutta, Hindistan
  • 2017-ci ildə Ta-shue Chou Mühazirəsi, Kimya İnstitutu, Academia Sinica, Taypey, Tayvan
  • 2018-ci ildə- Almaniya Leopoldina Milli Elmlər Akademiyasının üzvü 2019-cu ildə- Herbert S. Bran Mühazirəsi, Purdue Universiteti, İndiana, ABŞ
  • 2019-cu ildə- Veb of Science Sitat Mükafatının Kimya üzrə Qalibi
  • 2021-ci ildə- TCR Mühazirəsi, CSJ 100th Annual Meeting, Yaponiya
  • 2021-ci ildə- Kimya üzrə Nobel Mükafatı[31]
  • 2022-ci ildə- Sintetik üsullar sahəsində yaradıcı tədqiqatlar üçün Herbert Braun Mükafatı[32]
  • 2024-cü ildə- Cənubi Kaliforniya Həyat Elmləri Universitetində Con Stauffer fəxri mühazirəsi[33]
  • 2024-cü ildə- Krige Mühazirə Proqramı (Karlsruye Texniki İnstitutu)[34]
  1. 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #118156187 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. "Нобелевская премия Нюссляйна-Фольхарда Неффена". Tagblatt.de. Проверено 6 октября 2021г.
  4. Питшманн, Катарина (6 октября 2021 г.)."Перспектива жизни". Max-Planck-Gesellschaft. Получено 7 октября 2021 г
  5. "Нобелевская премия Нюссляйна-Фольхарда Неффена". Tagblatt.de. Проверено 6 октября 2021г.
  6. "Нобелевская премия за немецкую революцию в химии" . Моргенпост . Проверено 7 октября 2021 г.
  7. OCLC613569311
  8. Mulzer, Johann; List, Benjamin; Bats, Jan W. (1 июня 1997 г.). "Стереоконтролируемый синтез нерацемического витамина B12 A −B-Semicorrin". Журнал Американского химического общества . 119 (24). Американское химическое общество (ACS): 5512–5518. doi : 10.1021/ja9700515 . ISSN 0002–7863 .
  9. "Benjamin List, HC Brown lecture"(PDF). Получено 6 октября 2021 г
  10. "Бенджамин Лист, директор Института Макса Планка по Kohlenforschung, erhält ERC Advanced Grant des Europäischen Forschungsrates" (PDF) . Проверено 15 октября 2021 г.
  11. Сервис, Роберт Ф. (6 октября 2021 г.). "Нобелевская премия вручает создателям молекул, которые сделали химию проще и зеленее" . Наука . doi : 10.1126/science.acx9266 . S2CID 242889498. Получено 12 октября 2021 г.
  12. "List, Benjamin". Max-Planck-Gesellschaft. 23 сентября 2021 г.. Получено 6 октября 2021 г
  13. "List, Benjamin". Max-Planck-Gesellschaft. 23 сентября 2021 г.. Получено 6 октября 2021 г
  14. "Vita Prof. List".kofo.mpg.de. 10 мая 2021 г.. Получено 6 октября 2021 г
  15. Mulzer, Johann; List, Benjamin; Bats, Jan W. (1 июня 1997 г.). "Стереоконтролируемый синтез нерацемического витамина B12 A −B-Semicorrin". Журнал Американского химического общества . 119 (24). Американское химическое общество (ACS): 5512–5518. doi : 10.1021/ja9700515 . ISSN 0002–7863 .
  16. "Benjamin List, HC Brown lecture"(PDF). Получено 6 октября 2021 г
  17. "Board of Directors" . Институт Макса Планка по исследованию угля . Получено 25 марта 2019 г.
  18. "Benjamin List, HC Brown lecture"(PDF). Получено 6 октября 2021 г
  19. "Главный исследователь ICReDD, профессор Бенджамин Лист получил Нобелевскую премию по химии 2021 года!! Огромные поздравления!!" . ICReDD: Институт разработки и открытия химических реакций, Университет Хоккайдо (WPI-ICReDD) . 6 октября 2021 г. . Получено 6 октября 2021 г
  20. "LIST, Benjamin". ICReDD: Институт разработки и открытия химических реакций, Университет Хоккайдо (WPI-ICReDD). 23 декабря 2020 г.. Получено 6 октября 2021 г
  21. Лист, Бенджамин (30 мая 2017 г.). "Коллективное рецензирование может быть хорошим и быстрым" . Nature . 546 (7656): 9. Bibcode : 2017Natur.546….9L . doi : 10.1038/546009a . hdl : 11858/00–001M-0000–002E-18FF-E . PMID 28569830
  22. Список публикаций Бенджамина, проиндексированных Google Scholar Редактировать это в Wikidata
  23. "Предварительный просмотр Scopus – Список, Бенджамин – Сведения об авторе – Scopus" . www.scopus.com . Получено 15 октября 2021 г
  24. Нобелевская премия по химии 2021 года". NobelPrize.org. Получено 6 октября 2021 г
  25. Дёрхёфер, Памела (6 октября 2021 г.). "Нобелевская премия за "гениальные работы"" . Frankfurter Rundschau (на немецком языке) . Проверено 6 октября 2021 года .
  26. Хармсен, Торстен (6 октября 2021 г.). "Ehemaliger Berliner Student Бенджамин Лист, получивший Нобелевскую премию по химии" . Berliner Zeitung (на немецком языке) . Проверено 6 октября 2021 г.
  27. Мюллер-Юнг, Иоахим (6 октября 2021 г.). "Список катализаторов-форшеров: Respektlos zum Nobelpreis" . ФАЗ. НЕТ (на немецком языке) . Проверено 6 октября 2021 г.
  28. "Нобелевская премия по химии 2021 года, интервью с Бенджамином Листом" . NobelPrize.org . 6 октября 2021 г. . Получено 6 октября 2021 г
  29. "Список Бенджамина: Нобелевский лауреат, дер ден цунами überlebte" . ВДР . Проверено 7 октября 2021 г.
  30. "Диплом Свободного университета в Берлине: Мюллер gratuliert Chemie-Nobelpreisträgern List und McMillan" . rbb24 (на немецком языке). 6 октября 2021 г. Проверено 7 октября 2021
  31. "Нобелевская премия по химии 2021 года". NobelPrize.org. Получено 6 октября 2021 г
  32. "Премия профессора Бена Листа на премию Герберта К. Брауна" . Институт Макса Планка для Коленфоршунга (на немецком языке). 1 октября 2021 г. Проверено 6 октября 2021 г.
  33. "50-я почетная лекция Джона Штауффера по естественным наукам, 23–24 апреля 2024 г. Профессор Бенджамин Лист, лауреат Нобелевской премии по химии 2021 г. Институт Макса Планка по исследованию колленфоршунга" . Колледж литературы, искусств и наук Дорнсайф, Университет Южной Калифорнии . 23 апреля 2024 г.
  34. Подлех, Иоахим (10 сентября 2014 г.). "KIT – Institut für Organische Chemie – Startseite" . www.ioc.kit.edu (на немецком языке) . Проверено 20 апреля 2024 г.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]