Arutua
Arutua adası | |
---|---|
fr. Arutua | |
Ümumi məlumatlar | |
Sahəsi | 15 km² |
Əhalisi | 680 nəfər (2012-ci il) |
Yerləşməsi | |
15°18′ c. e. 146°45′ q. u.HGYO | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arutua (fr. Arutua) — Tuamotu arxipelaqının şinal-qərbində yerləşən atoll (Fransa Polineziyası). Ranqiroa atolundan 40 km cənub-şərqdə yerləşir.
Coğrafiya
[redaktə | vikimətni redaktə et]Dairəvi formaya malikdir. Atollun diametri 29 km-dir. Sahəsi 15 km²-dir. 57 kiçik adacıqdan ibarətdir. Daxilində böyük laqun vardır. Bu laqunda mirvari yetişdirilir.
İnzibati bölgüsü
[redaktə | vikimətni redaktə et]Arutua, Apataki, və Kaukura adaları Arutua kommunasını meydana gətirir. İnzibati baxımından Tamotu-Qambe regionuna daxildir.
Ada və ya rif | Quru sahəsi, km² |
Laqunun sahəsi, km² |
Əhali, nəf. (2007) |
İnzibati mərkəz |
---|---|---|---|---|
Aratua | 14 | 484 | 725 | Rautanini |
Apataki | 20 | 706 | 492 | Nuitahi |
Kaukura | 11 | 434 | 542 | Raitahi |
Arutua kommunası | 45 | 1 624 | 1759 | Rautanini |
Əhali
[redaktə | vikimətni redaktə et]2012-ci il məlumatına görə adada 680 nəfər yaşayır[1]. Raitanini əsas yaşayış məntəqəsidir. Yerli əhalinin əsas məşquliyyəti Kopra istehsalıdır
Tarixi
[redaktə | vikimətni redaktə et]Ada 21 may 1722-ci ildə holland səyyah Yakob Roqqeveen tərəfindən kəşf edilmişdir. 1816-cı ildə ada yaxınlarından rus dənizçisi Otto Ksebu keçmişdir. O, adanı Yurik atollu adlandırır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Population". Institut de la statistique de la Polynésie française. 11 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2014.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Ada haqqında informasiya (ing.)