Ametist
Ametist — bənövşəyi rəngli kvars.
Öz müalicəvi əhəmiyyətindən başqa sahibini spirtli içkidən, ona olan aludəlikdən qoruyur. Qədim vaxtlarda ametisti gecə səhərədək su olan qabın içinə saxlayır və ondan qızdırma və soyuqdəyməsi olanlara içirdirdilər. Ametist amuleti keçici xəstəliklərdən qoruyur. Üzdə olan qırışlara və çillərə qarşı istifadə edilir. Maraqlıdır ki, çilləri yox etmək üçün onu müntəzəm olaraq çilin üzərinə sürtmək lazımdır. Evdə ametistin olması ailə üzvləri arasında sülhün və harmoniyanın olmasına yardım edir. Bu gün ametistin köməyi ilə psixi gərginliyi, depressiyanı və yuxusuzluğu müalicə edirlər. Bu daş yanığı regenerasiya etmək, immuniteti möhkəmləndirmək xüsusiyyətinə malikdir, qulaqda gəzdirilən ametist görmə qabiliyyətini gücləndirir. Daxili harmoniyanı tənzimləyir, mənəvi düşkünlüyün, qorxunun, özünə inamsızlığın "dərmanıdır". Bizneslə məşğul olanlar üçün də xeyirli olan bu daş, "yuxarı sferada" hami tapmağa, bankrot olmamaqda "yardımçı" ola bilər. Onu sandıqda saxlamaq olmaz. Üzük gümüşdən olmalı, əgər digər minerallarla bir yerdə isə, qızıldan olması məsləhətdir. Astroloqlar əsasən Qoç, Oxatan, Oğlaq, Dolça və Balıqlar bürcünə aid məsləhət görsə də , hərdən başqaları da gəzdirsə, ziyan verməz.[1]
Şəkillər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Əbədi daş dövrü..." 2010-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-30.