Alisa Freyndlix

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alisa Freyndlix
rus. Алиса Фрейндлих
Doğum adı Алиса Бруновна Фрейндлих
Doğum tarixi 8 dekabr 1934(1934-12-08)[1][2] (90 yaş)
Doğum yeri
Həyat yoldaşı Vladimir Karasyov[3] (1956-1957)
İqor Vladimirov[4] (1960-cı illərin əvvəli-1981)
Yuri Solovey[5] (1980-ci illərin əvvəli-1990)
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1955-bu günə qədər
Təhsili
  • A.N.Ostrovski adına Leninqrad Teatr İnstitutu[d] (1953–)
Mükafatları

"RSFSR xalq artisti" fəxri adı "RSFSR əməkdar artisti" fəxri adı "SSRİ xalq artisti" fəxri adı
"Qırmızı əmək bayrağı" ordeni "Şərəf" ordeni (Rusiya)

"Dostluq" ordeni (Rusiya)
IMDb ID0293981
İmzanın şəkli
alisa-freindlih.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alisa Brunovna Freyndlix (rus. Алиса Бруновна Фрейндлих; 8 dekabr 1934[1][2], Leninqrad[1]) — SovetRusiya teatr və kino aktrisası, müğənni. SSRİ xalq artisti (1981). K. S. Stanislavski adına RSFSR Dövlət mükafatı laureatı (1976), Rusiya Federasiyasının üçqat Dövlət mükafatı laureatı (1996, 2001, 2008), Rusiya Hökumət mükafatı lauretı (2010), Sankt-Peterburq şəhərinin fəxri vətəndaşı (2001).

Alisa Freyndlix 8 dekabr 1934-cü ildə Leninqradda anadan olmuşdur. Onun atası alman mənşəli Bruno Freyndlix aktyor olmuşdur. Buna görə də Alisanın teatrla maraqlanması o qədər də təəccüblü deyildi. Məktəbdə oxuduğu dövrlərdə Alisa Freyndlix dram dərnəyinə getmişdir. 1953-cü ildə 239 nömrəli Leninqrad məktəbini bitirdikdən sonra Alisa Freyndlix Leninqrad teatr institutuna daxil olur.

1957-ci ildə institut təhsilini başa vuran gənc Alisanı Vera Komissarjevskaya adına Leninqrad teatr truppasına qəbul edirlər. Az sonra Freyndlix kinoda öz debütünü edir. Bu debüt 1958-ci ildə Vladimir Vengerovun çəkdiyi "Şəhər işıqlarını yandırır" filmində gerçəkləşmişdi. Ümumiyyətlə Alisa Freyndlixin kinoda ifa etdiyi ilk rollar o qədər də nəzərə çarpan böyük rollar deyildi.

Alisa Freyndlix 1961-ci ildə Lensovet teatrının truppasına gəlir. Burada o, əsas və teatrın aparıcı aktrisalarından birinə çevrilir. O, artıq Uilyam Şekspirin, Aleksey Aruzovun, Leonid Zorinin, Bertolt Brextin, Bernard Şounun pyeslərində rollar almağa başlamışdı.

Alisa Freyndlix tezliklə bu teatrın bədii rəhbəri İqor Vladimirovla ailə qurur. Bu nikahdan onların Varvara adlı qızları dünyaya gəlmişdir.

A. Freyndlix 1983-cü ildən M. Qorki adına Böyük Dram teatrında (hazırda Georgi Tovstonoqovun adını daşıyır) fəaliyyət göstərmişdir[6].

Alisa Brunovna Freyndlix 1965-ci ildə RSFSR-in əməkdar, 1971-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.

2015-ci ilin dekabrında Oleq Basilaşvili ilə birgə Tovstonoqov adına Rusiya Böyük Teatrının qastrol səfəri çərçivəsində Bakıya gəlmiş və Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində "Dayının yuxusu" adlı tamaşa ilə çıxış etmişdilər.[7]

Ailə şəcərəsi

[redaktə | vikimətni redaktə et]

Alisanın nənəsi milliyyətcə alman olub. Onun ailəsi hələ II Yekaterina zamanından Rusiyada məskunlaşıb. Orada Peterburq yaxınlığında şüşə-mərmər zavodu açmış və alman mütəxəssislər dəvət etmişlər. Alisa Freyndlixin ulu babası Şimali Almaniyadan gəlib. Babasının əmisi oğulları imperator sarayında çalışıblar. Milliyyətcə alman olsa da, anasının təkidilə sənədlərində rus kimi qeyd olunub. Beləliklə, onların nəsli gələcəkdə alman kimi sürgün olunmaq təhlükəsindən qurtulub.[8]

İl Azərbaycanca adı Orijinal adı Rol
1955 Bitməyən əhvalat rus. Неоконченная повесть epizod
1956 İstedadlar və pərəstişkarlar rus. Таланты и поклонники epizod
1957 Ölməz mahnı rus. Бессмертная песня gimnaziya tələbəsi
1958 Şəhər işıqlarını yandırır rus. Город зажигает огни Zina Piçikova
1959 Təzə evlənənlər haqqında povest rus. Повесть о молодожёнах Qalya
1961 Zolaqlı reys rus. Полосатый рейс Şuleykinin köməkçisi
1964 Fro rus. Фро Nataşa Bukova
1965 Birinci müştəri rus. Первый посетитель Tanya
1965 Diş həkiminin macəraları rus. Похождения зубного врача Maşa
1966 12 stul rus. 12 стульев Adamyeyən Elloçka
1966 Üç gombul rus. Три толстяка Suok (bir neçə səhnədə səsləndirmə)
1967 Onun adı Robertdir rus. Его звали Роберт mahnı ifa edən
1968 Şəhər və mahnı rus. Город и песня müğənni
1968 Sevmək rus. Любить Anya
1969 Vals rus. Вальс Marusya
1969 Dünən, bu gün və həmişə rus. Вчера, сегодня и всегда müttəhimin arvadı
1969 Ailə səadəti rus. Семейное счастье Anna Semyonovna Kapitonova
1969 Möhkəm soyuqlar rus. Великие холода ana (səsləndirmə)
1970 Dəmir qapının sirri rus. Тайна железной двери Lüsya Rıjkova
1972 Mənim həyatım rus. Моя жизнь Kleopatra
1973 Vəzifə icraçısı rus. Исполняющий обязанности Yevgeniya Sineqraç
1973 Vera məhəlləsinin melodiyaları gürc. ვერის უბნის მელოდიები Alisa Akvamarinskaya
1974 Anna və Komandor ukr. Анна і Командор Anna
1974 Həsir papaq rus. Соломенная шляпка baronessa de Şampinyi
1974 Canvermə rus. Агония Vırubova
1976 Hər zaman mənimlə… rus. Всегда со мною... Tanya İlyina
1976 Noxud dənəsi üzərindəki şahzadə qız rus. Принцесса на горошине kraliça
1976 Mavi küçük rus. Голубой щенок küçük (səsləndirmə)
1977 İşdə məhəbbət macərası rus. Служебный роман Lüdmila Prokofyevna Kalugina
1977 Yaddaş qatarı rus. Поезд памяти səsləndirmə
1978 D’Artanyan və üç muşketyor rus. Д’Артаньян и три мушкетёра Avstriyalı Anna
1978 Köhnə dəbli komediya rus. Старомодная комедия Lidiya Vasilyevna Jerber
1978 Səhvlər komediyası rus. Комедия ошибок Liz (səsləndirmə)
1979 Stalker rus. Сталкер Stalkerin arvadı
1980 Sergey İvanoviç təqaüdə çıxır rus. Сергей Иванович уходит на пенсию Sergey İvanoviçin qızı
1980 Üç il rus. Три года Polina Rassudina
1980 Ayrılanlar rus. Разлучённые səsləndirmə
1981 Təhlükəli yaş dövrü rus. Опасный возраст Liliya İvanovna Rodimseva
1981 Əlverişsiz hava üçün təşəkkür rus. Спасибо за нелётную погоду mahnı oxuyan
1982 İki səs rus. Два голоса Yekaterina
1982 Beşinci onluq rus. Пятый десяток Yekaterina Aleksandrovna Yoloçkina
1983 Sarıbülbüllər üçün qəfəs rus. Клетка для канареек Olesyanın anası
1984 Qəddar romans rus. Жестокий романс Xarita İqnatyevna Oqudalova
1984 Uğur rus. Успех Zinaida Nikolayevna Arsenyeva
1985 Adi ölüm… rus. Простая смерть... Praskovya Fyodorovna
1986 Bağışla rus. Прости Yelizaveta Andreyevna
1986 Qar kraliçasının sirri rus. Тайна Снежной королевы Qar kraliçası
1987 Atlanbac rus. Чехарда Marqarita Vasilyevna Kudryavseva
1988 Serafima Qlükinanın yeknəsəq və bayram günləri rus. Будни и праздники Серафимы Глюкиной Serafima Qlükina
1989 Sonuncu ehtiraslı aşiq rus. Последний пылкий влюблённый hər 3 qadın rolu
1992 Muşketyorlar iyirmi il sonra rus. Мушкетёры двадцать лет спустя
ukr. Мушкетери двадцять років потому
fr. Les Mousquetaires vingt ans plus tard
Avstriyalı Anna
1993 Kraliça Annanın sirri, yaxud Muşketyorlar otuz il sonra rus. Тайна королевы Анны, или Мушкетёры тридцать лет спустя Avstriyalı Anna
1994 Moskvaətrafı axşamlar rus. Подмосковные вечера
fr. Katia Ismailova
İrina Dmitriyevna
1994 Ov rus. Охота
1995 Özgəyə tövbə rus. Исповедь незнакомцу
2002 Qadın məntiqi rus. Женская логика Olqa Petrovna Tumanova
2002 Qadın məntiqi 2 rus. Женская логика 2 Olqa Petrovna Tumanova
2003 Qadın məntiqi 3 rus. Женская логика 3 Olqa Petrovna Tumanova
2004 Qadın məntiqi 4 rus. Женская логика 4 Olqa Petrovna Tumanova
2004 Yuxarı Maslovkada rus. На Верхней Масловке Anna Borisovna
2006 Qadın məntiqi 5 rus. Женская логика 5 Olqa Petrovna Tumanova
2008 Vasilyev adası rus. Васильевский остров Anna İqnatyevna
2008 İlğım rus. Марево Pulxeriya İvanovna Tovstoqubixa
2009 Bir yarım otaq, yaxud Vətənə incə səyahət rus. Полторы комнаты, или Сентиментальное путешествие на родину Brodskinin anası
2009 Muşketyorların qayıdışı, yaxud Kardinal Mazarininin xəzinəsi rus. Возвращение мушкетёров, или Сокровища кардинала Мазарини Avstriyalı Anna
2014 Bayağı üzük rus. Бульварное кольцо Esfir Mixaylovna Şapiro
2014 Martanın yolu rus. Линия Марты Mariya Mixaylovna
2017 Böyük rus. Большой Qalina Mixaylovna Beleskaya
  1. 1 2 3 4 Фрейндлих Алиса Бруновна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Alisa Frejndlich // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  3. Игорь Кудрявцев. "10 фактов об Алисе Фрейндлих к ее 80-летию" (rus). Vz.ua. 08.12.2014. 2021-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-20.
  4. Караван. "Сын Зинаиды Шарко: «Мама в отличие от Фрейндлих не хочет об отце вспоминать»" (rus). 7days.ru. 08.06.2015. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-20.
  5. Анна Велигжанина. "Служебные романы Алисы Фрейндлих" (rus). kp.ru. 10.12.2009. 2011-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-20.
  6. "Нужна и востребована". 2012-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-09.
  7. "Sankt - Peterburq Teatrı Bakı Səhnəsində - Lider Tv Online". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-27.
  8. "Məşhur aktrisa: "Çılpağam, qapını döyüb çağırırlar ki, sizin çıxışınızdır"". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-24.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]