Alibaba Group

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alibaba Group
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi səhmdar cəmiyyəti
Sənaye elektron ticarət[1]
Təsis tarixi 28 iyun 1999[2][1][…]
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 937.470.000.000 ¥ (2021)[3]
Ümumi aktivlər
  • 1.690.218.000.000 ¥ (2021)[3]
Ümumi gəliri
  • 717.289.000.000 ¥ (2021)[3]
Xalis mənfəəti
  • 143.284.000.000 ¥ (2021)[3]
Əməliyyat mənfəəti
  • 89.678.000.000 ¥ (2021)[3]
Struktur
İşçi sayı
  • 251.462 nəf. (31 mart 2021)[3][4]
Tərəfdaşlar Youku
Rəhbərlik
Təsisçilər
alibabagroup.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Alibaba Group" (çin. 阿里巴巴集团, ing. Alibaba Group Holding Limited) — Çinin dünyaca məşhur e-ticarət və internet şirkəti. Yaradıcısı Cek Madır. Mərkəzi ofisi Çin Xalq Respublikasının Xançjou şəhərində yerləşir.

Cek Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi San-Fransiskoda bir kafedə düşünüb tapıb. Ətrafdakılara "Alibaba kimdir?" deyə soruşub. Hər kəsdən bəlli "Alibaba və Qırx quldur" cavabını aldıqdan sonra bu adın dünyaca məşhur olduğunu anlayıb və öz internet saytına "Alibaba" adını verməyi qətiləşdirib.

İnternet-ticarət sahəsindəki layihəsini maliyyələşdirmək üçün investor axtarışında olan Cek Ma axtarışları nəticəsiz qaldıqda 18 yaxın dostunu evinə çağırır və onlara düz iki saat öz layihəsindən bəhs edir. Hər biri ona maliyyə yardımı etməyə razılaşır. Yun Ma dostlarından 60 min dollar toplamağı bacarır. Beləliklə, 4 aprel 1999-cu ildə B2B meydanında "Alibaba.com" yaradılır.

İlk vaxtlar "Alibaba"ya kiçik və orta sahibkarlar üçün alver meydanı kimi yanaşırlar. Amma şirkət tez zamanda 200 ölkənin vətəndaşına – 12 milyon nəfərə xidmət etməyi bacarır. Eyni zamanda, bir zamanlar layihəni daş-qalaq edən xarici investorların diqqətini cəlb edir. 1999-cu ildə "Alibaba"ya məşhur investisiya bankı – "Goldman Sachs", 2000-ci ildə isə Yaponiyanın telekommunikasiya şirkəti "Softbank Corporation" investisiya yatırır. Həmin ərəfələrdə şirkət heç bir biznes-plana malik olmur:

"Layihəmi reallaşdırmaq məqsədilə hələ investor axtarışına çıxdığın zaman biznes-plan yazmışdım. Amma müraciət etdiyim insanlar mənə bunun düzgün olmadığını deyib layihəni rədd etdilər. O vaxtdan bəri biznes-plan yazmaq arzum yaranmayıb".

2002-ci ildə Yun Manın layihəsi gəlirli biznesə çevrilir. 2003-cü ildə biznesmen C2C modelində internet vasitəsilə ödənişi reallaşdıran "Taobao.com"u yaradır. Bu, hardasa Amerikanın "eBay"ına alternativ olur.

2007-ci ildə "Alibaba Group"un (Alibaba.com) səhmləri Honkonqun fond birjasında yerləşdirilir.

2010-cu ildə "Tmall.com" yaradılır. Bu internet səhfəsi çinli və xarici təchizatçılara Çinə, Tayvana, Honkonqa brend məhsulların satışını reallaşdırmaq imkanı verir.

2011-ci ildə "Alibaba.com"un internet-kommersiya saytının rəsmi istifadəçilərinin ölkələr üzrə sayı 240-a çatır.

Taobao şəhərciyi
"Alibaba"nın kampuslarından biri

Hazırda "Alibaba Group" bir neçə strukturu idarə edir. Buraya aşağıdakılar daxildir:

  • "Alibaba.com" (Alibaba China, Alibaba International);
  • "AliExpress.com" (internet-maqazin);
  • "Taobao.com" (online bazar, internet-auksion);
  • "Tmall.com";
  • "Juhuasuan, eTao";
  • "Alibaba Cloud Computing";
  • "China Yahoo!";
  • "Alipay".

Maliyyə göstəriciləri

[redaktə | vikimətni redaktə et]

Şirkətin maliyyə göstəricilərinə gəlincə, 2014-cü ilin ikinci rübündə gəlirləri 2,54 milyard dollar olub. Xalis gəliri 1,99 milyard dollar təşkil edib. Şirkətin bazar dəyəri 160 milyard dollar səviyyəsində qiymətləndirilir. Onu da qeyd edək ki, 2014-cü ildə "Alibaba Group" ictimailəşəcəyini açıqlayıb. Şirkətin ictimailəşmək üçün təyin etdiyi qiymət 60–66 dollar arasıdır. Beynəlxalq sərmayəçilərdən gələn tələblə bu qiymətin dəyişəcəyi gözlənilir. İctimailəşdirildikdən sonra şirkətin balansına 20–25 milyard dollar gəlirin əlavə olunacağı deyilir.

Yun Ma digər şirkətlərlə müqayisədə "Alibaba"nın nail olduğu müvəffəqiyyətin səbəbini belə açıqlayır:

"Onların həddən çox pulları var idi. Rəqiblər nəsə iş görmək istəyəndə pullarına güvənib başlayırdılar. Bizdə isə əksinə, pul qarşıya qoyduğumuz məqsədə nail omaq üçün vacib alət idi. İlk əvvəllər şirkətin kapitalı o qədər az idi ki hər dollarımızı sayırdıq. Məsələn, ofis mənim mənzilimdə yerləşirdi. O zaman "Alibaba"nın rəqibləri resurs baxımdan daha güclü olsalar da, bunun fərqinə tez varmadılar. Nəticədə, onların səhvləri bizim şirkətin yüksəlməsinə kömək etdi".

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]