Aleksey Orlov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aleksey Orlov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Müqəddəs Yurev monastrının Müqəddəs Georgi katedralı[d]
Təhsili
  • Birinci Peterburq kadet korpusu[d]
Fəaliyyəti hərbçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksey Qriqoryeviç Orlov(rus. Алексей Григорьевич Орлов, 24 sentyabr (5 oktyabr) 1737[2], Lyutkino[d], Moskva quberniyası[d]24 dekabr 1807 (5 yanvar 1808)[2], Moskva[1]) — rus hərbçisi.

Aleksey Orlov 1737-ci ildə məşhur, alicənab bir ailədə doğulmuşdur. Onun atası Novqorod regionunun qubernatoru olmamışdan qabaq Dövlət məsləhətçisi dərəcəsini qazanmaq üçün Böyük Pyotr müharibələrində iştirak etmişdir. Alekseyin qardaşlarından biri Qriqori II Yekaterinanın favoriti olmuşdur. 1762-ci ildə ordudan getdikdən sonra Aleksey Orlov qardaşları- Qriqorinin və Fyodorun hərbi xidmətdə olduğu Peterburq şəhərinə gedir. Bu müddət ərzində onun qardaşları III Pyoturun arvadı Yekaterina ilə yaxın əlaqədə olmuşlar.

1762-ci il qiyamı

[redaktə | vikimətni redaktə et]

III Pyotr həm əhali arasında, həm də məhkəmədə rəğbətlə qarşılanmırdı. Həm də o illərdə etinasız yanaşdığı arvadı II Yekaterinaya diqqət göstərmirdi. Alekseyin qardaşı Qriqori onun çoxlu sevgililərindən biri olmuşdur. Buna baxmayaraq, onun ambisiyası artıq taxt-taca yönəlmişdi. Onun əri hələ gənc idi, ve onun ərindən sonra hakimiyyətə gəlməsinə uzun müddət vaxt lazım idi. Ona görə də Yekaterina hakimiyyəti ələ keçirmək üçün dövlət çevrilişi planlaşdırırdı. 1762-ci ildə Orlov qardaşları mühafizəçilərin qiyamına gizli rəhbərlik etdi və III Pyoturu devirərək Yekaterinanın planlarını yerinə yetirdi. Planı ən son detalına qədər fikirləşən Aleksey Shlisselburg qalasında III Pyoturun həbsxanaya salmasını müşahidə etmişdir lakin, o öz arzusuna çatmamışdan qabaq devrilmiş imperator vəfat etmişdi. Aleksey məhv edildi və Yekaterinaya onun ərinin qətlinə görə məsuliyyəti öz üzərinə götürdüyü haqda məktub göndərdi və ondan üzr istədi. Buna baxmayaraq, tarixçilər hələ də III Pyoturun qətlini Alekseyin təşkil etdiyini dəqiq aydınlaşdırmayıblar. Bəzi mənbələrdə isə göstərilir ki, Aleksey imperatoru öz əlləri ilə boğmuşdur.

II Yekaterina taxta gəldikdən sonra qiyamın iştirakçılarını müxtəlif titullar, pul və əmlak verməklə mükafatlandırdı. Aleksey Orlov və onun qardaşlarına general-mayor rütbələri verildi. Aleksey və onun qardaşları həmçinin 22 sentyabr 1762`ci ildə İmperatriça Yekaterina tərəfindən təsis edilən Rusiya İmperiyasında ən yüksək mükafatlardan biri olan "Şahzadə Aleksandr Nevski" mükafatı ilə təltif edildilər.

Çeşmə Körfəz Döyüşü

[redaktə | vikimətni redaktə et]

1768-ci ildə Aleksey Orlov müalicə üçün xaricə getdi, ancaq tezliklə rus-türk Müharibəsinin (1768-1774) başlaması haqqında xəbər aldı. Avropada olarkən Aralıq dənizində türklər ilə mübarizə aparmaq üçün Orlova Baltik Donanmasına komandanlıq etmək tapşırıldı, Aralıq dənizində türklər ilə mübarizə aparmaq üçün göndərildi. Onun missiyası Balkanlardan türk qüvvələrini sıxışdırmaq idi. 24 iyun 1770-ci ildə Çeşmə körfəzindəki döyüşdə Orlovun 14 döyüş gəmisi türkləri tamamilə məğlub etdi. Knyaz Orlovun müvəffəqiyyətli missiyası Türk qoşunlarını cənuba yönəltdi və Kiçik Qaynarca müqaviləsinin imzalaması ilə nəticələndi. Rusiya Cənubi Ukrayna, Şimali Qafqaz, Krımı əldə etdi və Aleksey Orlova Chesmenski adı verildi.

Şahzadə Tarakanova

[redaktə | vikimətni redaktə et]

1773-cü ildə Aleksey Orlova daha bir tapşırıq verildi. II Yekaterinanın əmrinə əsasən, rus taxt-tacına iddia edən özünü imperatriça Elizabetin qızı adlandıran Yelizaveta Alekseyovna Tarakanovanı Rusiyaya qaytarmaq üçün İtaliyanın Livorna şəhərinə göndərildi Tarakanova Aralıq dənizində Rus flotunun köməyi ilə çevriliş təşkil etməyə və II Yekaterinaya qalib gəlməyə cəhd etdi. III Pyoturun ölümünün ardınca, Rusiya taxt-tacına iddia etmək üçün xeyli çox cəhd var idi O, Aleksey Tarakanovaya söz verdi ki, geri qayıtsa onunla evlənəcək. Buna baxmayaraq, onun gəlməsinə nail olsa da, o Paul qalasında həbs olundu və nəticədə vərəmdən öldü. Bəzi şayiələr var idi ki, o həbsxanada olarkən Orlovun kəbindənkənar uşağını dünyaya gətirdi. Şahzadə Tarakanovanın ardınca Orlov istefaya getdi və Moskvada yaşamağa başladı. O vaxtlarda II Yekaterina yeni sevgili (Qriqori Potemkin) tapmışdı, o yalnız İmperatriçaya deyil, həm də dövlət işlərinə təsir göstərirdi. Orlovun hakimiyyət erası azalmağa başladı. Buna baxmayaraq, Aleksey hakimiyyətdən uzaqlaşdı və özünü atlara həsr etdi.

1787-ci ildə rus-türk müharibəsi (1787-1792) başladı və II Yekaterina Orlovdan Aralıq dənizində rus donanmasına yenidən başçılıq etməyi təklif etdi. O, rus ordusu və donanmasının vəziyyətini əsas gətirərək təklifi rədd etdi. Buna baxmayaraq, Aleksey Orlov onun portreti olan medalyonu ölümünə qədər üstündə gəzdirirdi və həmişəlik Yekaterinaya sadiq qaldı. Aleksey Orlov 5 yanvar 1808-ci ildə dünyasını dəyişdi və bütün sərvətini qızı Annaya vəsiyyət etmişdi.

  1. 1 2 Орлов Алексей Григорьевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Deutsche Nationalbibliothek Record #12063774X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.