Ədəbi dil
Naviqasiyaya keç
Axtarışa keç
Ədəbi dil, standart dil və ya standart ləhcə – daha az və ya yazılı şəkildə təsbit edilmiş normalara malik olan ümumxalq dilinin emal olunmuş hissəsi; şifahi formada ifadə edilən mədəniyyətin bütün təzahürlərinin dili.
Ədəbi dil adətən elmi və bədii əsərlərdə, mətbuatda və idarəçilik aparatında, televiziya və radioda, məktəblərdə işlədilən dildir. Dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulan dil kimi qəbul olunur.
Dilin standartlaşması davamlı bir prosesdir.[1] Bəzən bir dilin müxtəlif ədəbi versiyası ola bilər. Müxtəlif standart versiyası olan dillərə çox mərkəzli dil deyilir.[2][3][4] Yeganə standartı olan tək mərkəzli dillər arasında rus və yapon dillərini qeyd etmək olar.[5]
Nümunələr
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Respublikasında standart azərbaycanca rəsmi dildir, Cənubi Azərbaycanda isə Təbriz mərkəzli standart mövcuddur.
- Standart çincə (çin. 普通话) mandarin dilinin standart versiyasıdır.
- Standart kantonca yue dilinin ədəbi versiyası olaraq sayılır.[6]
- Hindistani dilinin iki ədəbi versiyası var: hind və urdu.
- Serb-xorvat dilinin dörd standart versiyası var: Bosniya dili, serb dili, xorvat dili və Monteneqro dili.
- Dan ilə Norveç dilinin əvvəl riqsmol (dan. rigsmål) adlı birgə standartı mövcud idi. Sonra, dan dili riqdansk (dan. rigsdansk), Norveç dili isə riksmol (norv. riksmål) standartına keçib. Hazırda isə, Norveç dilinin iki standartı var: bukmol (norv. bokmål) və nyunorsk (norv. nynorsk).
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Williams, Raymond (1983). "Standards". Keywords: A Vocabulary of Culture and Society' (2nd ed.). Oxford University Press. pp. 296–299.
- ↑ Stewart, William A. (1968). "A Sociolinguistic Typology for Describing National Multilingualism". In Fishman, Joshua A (ed.). Readings in the Sociology of Language. The Hague, Paris: Mouton. doi:10.1515/9783110805376.531. ISBN 978-3-11-080537-6. OCLC 306499. p. 534
- ↑ Kloss, Heinz (1967). "'Abstand languages' and 'ausbau languages' Arxivləşdirilib 2023-02-09 at the Wayback Machine". Anthropological Linguistics. 9 (7): 29–41. p. 31
- ↑ Clyne, Michael G., ed. (1992). Pluricentric Languages: Differing Norms in Different Nations. Contributions to the sociology of language. Vol. 62. Berlin & New York: Mouton de Gruyter. ISBN 3-11-012855-1. p. 1
- ↑ Clyne (1992), p. 3
- ↑ Zhengdao Ye (2022) The Palgrave Handbook of Chinese Language Studies, p. 411