Ötükən

Vikipediya, azad ensiklopediya
(Ötüken səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Ötükən (çin.: 於都斤山[1], 都尉揵山 [2], 烏德鞬山/乌德鞬山[3], 都斤山[4], 大斤山[5], 郁督軍山/郁督军山) — "Ötükən Dağı", , Ötüken jer ("Ötükən Yeri") adı verilən , meşələrlə örtülü bir dağ , qədim türklər üçün çox müqəddəs sayılır.

"Divan"dakı ən maraqlı toponimlərdən biri Ötükən'dir. Şamanizmin izləri bu toponimin də daxilinə hopa bilmişdir. Monqol mənşəli Ötükən şaman tanrıların yaşadığı yerlər olmuşdur. Şaman və yarı şaman mətnlərində bu tanrıya böyük inanc təsvir olunur. Mahmud Kaşğarlı o zaman tatarların məskunlaşdığı ərazilərin bir hissəsinin Ötükən olduğunu da göstərir.

Tədqiqatçıların fikrincə, monqolların etnogenezində mühüm rol oynamış Ötükən tayfa adı "hökmdar qadın ölkəsi, ərazisi", "sitayiş edilən yer, səcdəgah", "türklərin müqəddəs dağı" mənalarındadır.

Ötükən adı yış, yer sözləri ilə yanaşı işlənmişdir. Ötükənin mif anlamı yaradan ata, yaradan xan (L. Potapov, M. Seyidov) kimi şərh olunur. Bu mif keyfiyyətlərinə görə o, qoruyucu, bolluq, xoşbəxtlik bəxş edən olmuşdur.

Müasir tuvin dilində bəzi fonetik dəyişikliklə müşahidə olunan Ütüqen coğrafi termini örtülü dağ silsiləsi, sıra dağlar mənasındadır. Bu silsilə dağlar Yuxarı Yenisey ərazisində yerləşir, qədim türklərin müqəddəs saydığı, sitayiş etdiyi inanc nöqtələrindən biri olmuşdur. Maraqlıdır ki, bu ad təkcə monqolların deyil, eləcə də qədir türklərin etnogenezi, dini adət və ənənələrinin monqollarla əlaqəsi barədə əsaslı bilgilər verə bilir.

Bilgə xaqan Abidəsi

[redaktə | vikimətni redaktə et]

Bilgə xaqan, Orxon abidələrinde Ötükən dağının Türk məmləkətinin ürəyi olaraq əhəmiyyətini dilə gətirmişdir.Hətta yazılarda, Çinlilərin oyunlarına qarşı qoyub direnebilmek üçün "Ötüken meşəsində ayrılmayın." öyüdü verilmişdir. Ancaq Ötüken bu an Rusiya ve Monqolustan arasında bir yerlərdədir.

Ötükən köhnə Türklərin (Göytürk vs.) ənənəvi inamı Tenqriçilikte Torpaq Anaya verilən adlardan biridir. Monqol dilindəEtugen,Itügenya daOdigankimi şəkillərinə də rast gəlinir. Ötüken-Kültü, Tengri-Kültü ile birlikte özellikle Göytürk İmperiyası əsnasında böyük əhəmiyyət qazanmışdır.

Köhnə inanca görə, Torpaq Ananın kefi ağacların vəziyyətindən müəyyən olar. Əgər ağaclar sağlam və güclü yetişir və bol meyvə verirlərsə, Torpaq Ananın insanlardan məmnun olduğuna inanırlar. Torpaq Anaya edilən bir dua, güclü və böyük bir ağaca doğru yöneltilir.

Ötükən, qədim türk yurdlarından biri olan Köktürklere (Göytürklər) paytaxtlıq etmiş şəhərin adıdır.

  1. Chou Kitabı, Cilt 50, Kuzey Hanedanlar Tarihi, Cilt 9
  2. Tang Kitabı, Cilt 199-II
  3. Tang Kitabı, Cilt 93
  4. Sui Kitabı, Cilt 84, Yeni Tang Kibatı, Cilt 215-I, Tzu chih t'ung chien, Cilt 175
  5. Kuzey Hanedanlar Tarihi, Cilt 73, Cilt 76, Cilt 99, Sui Kitabı, Cilt 53, Cilt 65, Cilt 84, Tzu chih t'ung chien, Cilt 179