AXA MBASK OJSC

AXA MBASK OJSC

Insurance

Baku, Azerbaijan 1,080 followers

About us

Bu səhifədə öz əksini tapan materiallar və məlumatlar AXA MBASK Sığorta Şirkəti ASC-nin statistikasına əsasən hazırlanmışdır və AXA Şirkətlər Qrupunun mülkiyyətidir. Burada göstərilən məlumatlar AXA MBASK Sığorta Şirkəti ASC-nin yazılı icazəsi olmadan digər bir yerdə istifadə oluna bilməz. AXA MBASK OJSC - Azerbaijan http://www.axambask.az/ 14 oktyabr 2010 il tarixdə dünyanın ən iri sığorta şirkətlərindən biri olan “AXA Group” özünün törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkəti vasitəsilə “MBASK” Sığorta Şirkətinin səhmlərinin əhəmiyyətli nəzarət zərfini (51 %) əldə etmişdir. AXA Group dünyada ən iri sığorta şirkətlərindən biridir və Fortune Global 500-ün 2010-cu il üzrə siyahısında gəlirlərinə görə dünyanın 9-cu ən iri şirkəti kimi göstərilmişdir. AXA 57 ölkədə, əsasən Qərbi Avropada, Şimali Amerikada, Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə fəaliyyət göstərir. Qrupun 216 000-dən artıq əməkdaşı və dünya üzrə 96 000 000 müştərisi vardır. Qrup beş əməliyyat biznes-seqmentindən ibarətdir: Həyatın və Əmanətlərin sığortası, Əmlakın sığortası və Bədbəxt Hadisələrdən sığorta, Beynəlxalq sığorta (təkrarsığorta daxil olmaqla), Aktivlərin idarə edilməsi, habelə digər maliyyə xidmətləri.2010-cu ilin 7 dekabrında MBASKın lisenziyası şirkətin adının AXA MBASK`a dəyişdirilməsi ilə əlaqədar olaraq yenilənib.

Website
http://www.axambask.az/
Industry
Insurance
Company size
51-200 employees
Headquarters
Baku, Azerbaijan
Type
Privately Held
Founded
1992

Locations

Employees at AXA MBASK OJSC

Affiliated pages

Similar pages